Maşını götürmədən yolu asfaltladılar - Gülünc mənzərə - Açıqlama-FOTO


Bakıda yol təmiri zamanı park edilmiş avtomobil olan hissəyə asfalt vurulmayıb.

Bakupost.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə foto yayılıb.



Məlumata görə, şəkil Səbail rayonu ərazisində, Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkilib.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, yola asfalt vurularkən həmin avtomobilin sahibi tapılmadığına görə belə vəziyyət yaranıb:


“AAYDA əməkdaşlarının sahibi olmadan hər hansı maşına toxunmağa, əl dəyməyə və onun yerini dəyişməyə ixtiyarı yoxdur. Asfalt da elədir ki, o gətiriləndə temperatur soyumamış döşənməlidir. Ona görə də belə hal yaranıb, gözlənilmədən döşənmə işləri həyata keçirilib. Artıq bu gün o məsələ aradan qaldırılacaq, problem öz həllini tapacaq”.
Siam.az
Tarix: 7-04-2022, 12:49
Xəbəri paylaş





Xəbər lenti