Donetsk vağzalında ölənlərin sayı 39-a çatdı - VİDEO + YENİLƏNİB


Donetsk vilayətinin Kramatorsk dəmir yolu vağzalına edilən hücum nəticəsində ölənlərin sayı artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, 4-ü uşaq olmaqla 39 nəfər həlak olub.

***13:50

Rusiya Silahlı Birləşmələri Donetsk vilayətinin Kramatorsk dəmir yolu stansiyasına iki raket mərmisi atıb.
Yeniavaz.com
“UNİAN”a istinadən xəbər verir ki, bu barədə “Ukrzaliznitsa” ASC-nin İdarə Heyətinin sədri Aleksandr Kamışin məlumat verib.
Hadisə nəticəsində 30 nəfərin öldüyü məlumdur, 100-dən çox insan yaralanıb.
Ukrayna prezidenti Volodimir Zelenski vağzalın “Toçka-U” raketi vasitəsilə vurulduğunu bildirib.

Tarix: 8-04-2022, 15:14
Xəbəri paylaş





Xəbər lenti