Ukraynada rusiyalı polkovnik-leytenant öldürülüb


Ukraynada rusiyalı polkovnik-leytenant öldürülübUkraynada ölən Rusiya əsgərlərinin dəfn mərasimi

Ukraynada Rusiya ordusunun polkovnik-leytenantı Georgi Petrunin ləğv edilib. O, Samara hərbi komendantı olub, Çeçenistan və Suriyada döyüş təcrübəsi olub.

Siam.az xəbər verir ki, bu barədə “InformNapalm” beynəlxalq könüllülər birliyi və Rusiyanın təbliğat nəşrləri məlumat yayıb.
“Samara hərbi komendantı, polkovnik-leytenant Georgi Petrunin Ukraynadan "200-cü yük" kimi geri qayıdıb”, - məlumatda deyilir.
Eyni zamanda, “Komsomolskaya Pravda” yazır ki, işğalçı martın sonunda ölüb. Aprelin 5-də Volqoqradda dəfn edilib. Nəşr dəqiqləşdirib ki, Petrunin “Çeçenistan və Suriya müharibələrindən sağ çıxıb, lakin Ukraynada ölüb”.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Rusiya Federasiyasının motoatıcı batalyonunun daha bir komandirini məhv edilmişdi. Bu dəfə “işğalçının acı taleyinə” mayor Ruslan Petruxindən daha yüksək rütbəli zabitin ölümü yazılıb.Bizimyol.info
Tarix: 9-04-2022, 12:06
Xəbəri paylaş





Xəbər lenti