Xırdalanda parkın ortasında obyekt tikilir? – VİDEO + AÇIQLAMA


Xırdalan şəhərində Heydər Əliyev parkında uşaqlar üçün əyləncə atraksiyonunun söküldüyü və onun yerində obyekt tikildiyi iddia olunur.
Bu barədə Yeniavaz.com-a şəhər sakinləri müraciət edib.
Bildirilib ki, parkda uşaqlar üçün olan əyləncə atraksiyonu sökülüb. Söküntü aparılan ərazidə isə tikinti ləvazimatları düzülüb.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirildi ki, ərazidə hər hansı tikinti aparılmır:
“Həmin ərazidə köhnə hovuzlu atraksiyon var idi. Onun suyu sızırdı, düz şahmat məktəbinə qədər gedib çıxırdı. Nəticədə yeni tikilmiş şahmat məktəbində söküntülər əmələ gəlmişdi. Dəfələrlə təmir olunmasına baxmayaraq, həmin su sızması nəticəsində şahmat məktəbi yararsız hala düşmüşdü. Ona görə də onun fəaliyyəti dayanmışdı. Hazırda şahmat məktəbi təmir olunur. Bu vəziyyəti yaradan hovuz da sökülüb”.


Tarix: 13-04-2022, 17:50
Xəbəri paylaş





Xəbər lenti