Rusiya Kiyevi VURDU - Kliçkodan paytaxt sakinlərinə MÜHÜM MÜRACİƏT



“Səhər rus işğalçıları Kiyevi top atəşinə tutdular”.
KONKRET.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
O bildirib ki, şəhərin kənarındakı Darnitski rayonunda güclü partlayış səsi eşidilib:
“Səhər saatlarında Kiyev atəşə tutulub. Şəhərin kənarındakı Darnitski rayonunda partlayışlar olub. Hazırda xilasedicilər və həkimlər hadisə yerində işləyir. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir”.
O əhalini hava hücumu siqnallarından təşvişə düşməməyə çağırıb.
Kliçko həmçinin Kiyevə qayıtmaq istəyən sakinlərə də müraciət edərək hələ geri dönməmələrini, təhlükəsiz yerdə qalmalarını xahiş edib.
Qeyd edək ki, bu gün Rusiya qoşunları Poltavaya da raket atıblar. Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 52-ci günüdür.
Tarix: 16-04-2022, 13:02
Xəbəri paylaş





Xəbər lenti