Azərbaycanda dəhşət: Kişi arvadını və özünü öldürdü - YENİLƏNDİ


Zaqatalada əri tərəfindən boğazı kəsilərək qətlə yetirilən Xavər Həsənova müəllimdir.
 
O, rayon məktəblərindən birinin ibtidai sinifində dərs deyirmiş.
 
Bu gün səhər saatlarında Zaqatalanın Yuxarı Çardaqlar kəndində Qılman Həsənov həyat yoldaşı Həsənova Xavər Şamil qızının boğazını kəsərək qətlə yetirib, daha sonra intihar edib.
 
Onların iki övladı var.
 
***
10:00
 
Zaqatalada kişi arvadını və özünü öldürüb.
 
Hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb.
 
İlkin məlumata görə, kənd sakini Qılman Həsənov həyat yoldaşı Həsənova Xavər Şamil qızını qətlə yetirib, daha sonra intihar edib.
 
Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
 
Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
 
Faktla bağlı araşdırma aparılır.
 
Report
Tarix: 17-04-2022, 11:11
Xəbəri paylaş





Xəbər lenti