Xankəndidə erməni polis öldürüldü




Azərbaycanın Xankəndi şəhərində qətl törədilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Qarabağdakı qondarma rejimin “mətbuatı” yayıb.

Mənbə yazır ki, Xocavənd rayonunun Çartar şəhərində müvəqqəti məskunlaşan 53 yaşlı Serqo Şakaryan ötən gecə “Yol Polisi”nin Xankəndidə yerləşən ikinci Əməliyyat Nəzarəti Mərkəzinə qanunsuz daxil olub və AK-74 avtomatından xidmət personalına atəş açıb.

Nəticədə böyük polis inspektoru növbətçi J.Y. döş qəfəsindən aldığı güllə yaralarından yerindəcə ölüb. 

Sonra Serqo Şakaryan Mərkəzin kiçik inspektorunu təqib etməyə başlayıb, lakin sonuncu qaçmağı bacarıb. 

Atəş açan şəxs saxlanılıb.
Tarix: 17-04-2022, 11:56
Xəbəri paylaş





Xəbər lenti