Qubadlıda bir nəfər minaya düşüb



29 yaşlı şəxsin ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib
Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
AYNA xəbər verir ki, bu barədə Qubadlı Rayon Prokurorluğu məlumat yayıb.
Qeyd edilib ki, aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Tarix: 23-04-2022, 11:43
Xəbəri paylaş





Xəbər lenti