Kəmaləddin Qafarovun şirkətinə yenidən cərimə protokolu yazıldı


“Azeri Med” QSC-yə yenidən cərimə protokolu yazılıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, QSC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
 
Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
 
İş hakim Vüsal Qurbanovun icraatına verilib.
 
Məhkəmənin hazırlıq iclası mayın 10-na təyin edilib.
 
Xatırlatma: “Azeri Med” QSC-yə daha əvvəl eyni xəta ilə cərimə protokolu yazılıb. Bu protocol Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə araşdırılır.
 
Qeyd: “Azeri Med” QSC-nin sahibi deputat Kəmaləddin Qafarovdur (qeyri-rəsmi).
 
Kamal Məmmədov
Tarix: 1-05-2022, 11:53
Xəbəri paylaş





Xəbər lenti