Rusiya Baş Qərargah rəisinin olduğu ərazidə güclü partlayış


Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.
Siam.az xəbər verir ki, bu barədə hərbi jurnalist və bloger Aleksandr Şulman bildirib.
Qeyd edilir ki, 66 yaşlı Gerasimov sağ ayağından sümük sınığı olmayan qəlpə yarası alıb. Onun həyati üçün təhlükə yoxdur. Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində olublar. İlkin məlumata görə, hücum zamanı 20 zabit həlak olub.
“Vertical” teleqram kanalının məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Gerasimov Rusiya ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışır və onların təchizatı dayandırılıb.
“RBC-Ukraina” isə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenkoya istinadən xəbər verib ki, bu gün İzyumda partlayış baş verib. Hadisə İzyum istiqamətində hücuma şəxsən komandanlıq etmək üçün bu yaxınlarda bölgəyə gələn Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun qərargahının yerləşdiyi yerdə qeydə alınıb./Report
Tarix: 1-05-2022, 16:50
Xəbəri paylaş





Xəbər lenti