Deputata məxsus olduğu iddia edilən şirkətlə bağlı qərar çıxarıldı


Nərimanov Rayon Məhkəməsində “Buta Farm” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 
Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.
 
Qeyd: Səhiyyə Nazirliyi tərəfindən "Buta Farm" şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərib edilib və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
 
Xatırlatma: Şirkətin deputat Cavanşir Feyziyevə məxsus olduğu iddia edilir.
Tarix: 4-05-2022, 22:12
Xəbəri paylaş





Xəbər lenti