DİN-dən qolunu kəsib xəstəxanada ölən şəxslə bağlı açıqlama


Mayın 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarov tərəfindən onu təhqir olunaraq döydüyünü bildirib və  kömək istəyib.
 
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, müraciət ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrkən həmin qadın ilə A. Cabbarovun mübahisəni davam etdirklərini görüb. Bu zaman vətəndaş A. Cabbarov ilə profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışıblar.
 
Lakin A. Cabbarov öz aqressiv hərəkətlərini davam etdirib və polisin qanuni tələblərinə tabe olmayaraq evin qapısındakı pəncərənin şüşəsini sındıraraq həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib.
 
Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Arzu Cabbarov dərhal əməliyyat edilsə də,  əməliyyatdan az sonra vəfat edib. Hazırda fakt Daxili İşlər Nazirliyinin  və Respublika Baş Prokurorluğunun diqqətindərir, araşdırmalar davam etdirilir.
Tarix: 8-05-2022, 07:29
Xəbəri paylaş





Xəbər lenti