Nərmin Quliyevadan Aytən Məmmədovaya qədər davam edən cinayət


Nərmin Quliyevadan Aytən Məmmədovaya qədər davam edən cinayətAytən Məmmədova

Bir neçə gün öncə Türkiyədə baş verən bir cinayətin üstünü açmaq üçün polisin 48 saatlıq kamera görüntülərini izlədiyi barədə xəbər oxumuşdun. Təbii ki, əsasən, həqiqəti aşkar etmək asan yolla başa gəlmir. Buna əsəb, sağlamlıq, həyatın ən dəyərli amili olan zaman xərclənir. Amma həqiqəti aşkar etmək də təkcə vəzifə borcu deyil, həm də amaldır, şəxsi ədalət hissidir.

Bu gün jurnalist Aytən Məmmədova yaşadığı evin girişində naməlum şəxslər tərəfindən bıçaqlı hücuma məruz qalıb. Jurnalisti təhdid edənlər onu 10 yaşlı Nərminin qətlə yetirilməsi ilə bağlı yazılarından əl çəkməsini tələb ediblər. Aytən xanın peşəkar jurnalisdir. Onun hadisə barədə yazıları faktlara, məhkəmədə səslənən müstəntiq araşdırmalarına və şahid ifadələrinə əsaslanır. Lakin görünən odur ki, məhkəmə araşdırmasının ictimailəşdirilməməsində maraqlı olan qüvvələr var. Onlar üç ildən artıqdır ki, bu cinayətin üstünün açılmaması üçün çalışırlar. Məhkəmə prosesində aşkara çıxan faklar görünür onları rahatsız edib, cəzasızlıqdan duyduqları özgüvən onları yeni cinayətə sövq edir. Fakları ictimailəşdirən jurnalistə hücum edəcək qədər gözləri dönüb.
Bir insanı evinin qarşısında təhdid etmək təkcə özünün deyil, həm də onun ailəsinə zərər verə biləcəklərini göstərmək deməkdir. Buna görə də indi jurnalistin ailəsi də təhlükə altında hesab eilməli, həmin şəxslərin Nərnin cinayətindəki qəddarlıqlarını nəzərə alaraq lazım gələrsə, 48 və bəlkə daha çox müddət ərazidəki kameralar izlənməli, axtarış- istintaq qrupunun digər əməliyyat tədbirləri təxirəsalınmadan həyata keçirilməlidir ki, başqa bir hadisə baş vermədən cinayətkar və ya cinayəykarlar yaxalansın.
İlkin Süleymanov və Nərmin Quliyeva İlkin Süleymanov və Nərmin Quliyeva
Jurnalist Aytən Məmmədovaya qarşı törədilən hadisənin açılması həm də üç il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində vəhşicəsinə qətlə yetirilən on yaşlı Nərmin Quliyeva cinayətinin açılmasına da səbəb ola bilər.
Onsuz da bu iş üzrə təqsirləndirilən şəxs İlkin Süleymanovun günahkar olması əksəriyyət tərəfindən müəmmalı görünürdü. İlahi ədalət əsl cinayətkarları növbəti səhv etməyə vadar edir. İndi qalır bunun hüquqi ədalət tərəfindən sübuta yetirilməsi. Hüquq-mühafizə orqanlarından tələb olunan isə onların öz işlərinə ən azı Aytən Məmmədova qədər məhsuliyyətlə yanaşmasıdır.
Doğrudur, indiyə qədər jurnalistlərə qarşı törədilmiş bir çox cinayətlər “bağlı qalb” və ya bağlı saxlanılıb. Ümid edirik ki, ən azı körpə qızcığazın vəhşicəsinə qətl edilməsində günahkar olanların tapılması üçün bu cinayətin araşdırılmasına adekvat münasibət olacaq. Əks halda, cəmiyyətdə “öz mühakimə” hissi güclənə bilər ki, bunun nəticələri də çox ağır olar.
Biz əşirət qanunları ilə deyil, dünyəvi qanunlarla idarə olunan cəmiyyətdə yaşamaq istəyirik.
Qadir Musaoğlu

Qadir Musaoğlu, Bizimyol.info 
Tarix: 9-05-2022, 15:38
Xəbəri paylaş





Xəbər lenti