Arvadını qətlə yetirən iş adamı tanınmış vəkilin vasitəsi ilə polisə təslim oldu - "Qanlı bıçağı götürüb…"


Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənov münaqişə zəminində bıçaqla həyat yoldaşı İlahə İsgəndərovanı öldürüb, qayınanasına isə xəsarət yetirəndən sonra tanınmış vəkil Adəm Məmmədovun vasitəsilə polisə təslim olub.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə A.Məmmədov məlumat verib.

Vəkil qeyd edib ki, hadisə ilə bağlı “102” xidmətinə məlumat verib: “Əvvəllər mülki işlə bağlı mənə müraciət edən, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Tofiq Həsənov adlı şəxs həyat yoldaşına 4 bıçaq zərbəsi ilə xəsarət yetirərək onu qətlə yetirib. Hadisəni törətdikdən sonra Tofiq Həsənov mənə zəng edərək bu haqda məlumat verib. Ona könüllü şəkildə təslim olmağı  təklif etsəm də, o, imtina edib. Mən isə “102” xidmətinə zəng edərək hadisə haqqında məlumat verməli oldum. Belə ki, əks təqdirdə Cinayət Məcəlləsinin 307-ci maddəsinə əsasən cinayət məsuliyyəti daşıya bilərdim. Məhz daxili işlər orqanına məlumat verdikdən Tofiq Həsənovun özünü də könüllü təslim olmağa razı saldım. O, öz avtomobili ilə ofisimin qarşısına gəldi. Telefonu maşınına qoyaraq qanlı bıçağı götürüb, mənimlə birlikdə polis idarəsinə gedib. Həyat yoldaşını öldürdüyü bıçağı növbətçi polis əməkdaşına təqdim edib və üst-başı qanlı şəkildə təslim olub. Daha sonra öz qayınanasına da arxa nahiyəsindən bıçaqla xəsarət yetirdiyi məlum olub”.
 
A.Məmmədovun sözlərinə görə, T.Həsənov ilk dəfə  evdəki seyfindən 180.000 ABŞ dolları pulunun yoxa çıxması ilə bağlı ona müraciət edib.
Tarix: 9-05-2022, 22:39
Xəbəri paylaş





Xəbər lenti