Fikrət Əmirovun nəvəsi işə gedərkən qəfil öldü


Dahi bəstəkar Fikrət Əmirovun nəvəsi Pərviz Xəlilov qəfil vəfat edib.
Siam.az Qafqazinfo-ya istinadla xəbər verir ki, P.Xəlilov bu gün səhər Bakıda işə gedərkən dünyasını dəyişib.
Onun ürəktutmadan vəfat etdiyi bildirilir.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Pərviz Xəlilov Fikrət Əmirovun qızı Afət Xəlilovanın oğludur.
Tarix: 22-05-2022, 11:21
Xəbəri paylaş





Xəbər lenti