Bərdədə qəzalı vəziyyətdəki məktəb binasında UÇQUN oldu - FOTO


Bərdə rayonunun Mehtili kəndində qəzalı vəziyyətdə olan məktəb binasında yenidən uçqun olub.

Siam.az Bizim.Media-ya istinadla xəbər verir ki, güclü külək səbəbindən idman zalının dam örtüyü qoparaq yardımçı korpusun üzərinə düşüb.

Həmçinin, tikili hissədə də uçqun olub.

Xatırladaq ki, Mehtili kənd orta məktəbinin binası illərdir qəzalı vəziyyətdir və bir neçə dəfə uçquna məruz qalıb.

Tarix: 24-05-2022, 10:25
Xəbəri paylaş





Xəbər lenti