Radarlardan itən təyyarənin qalıqları tapılıb, 22 nəfər ölüb


Nepalda radarlardan itən “Tara Air” aviaşirkətinə məxsus təyyarənin qalıqları tapılıb.
 
Təyyarədə olan 22 nəfərdən heç biri sağ qalmayıb.
 
Nepal quru qüvvələrinin sözçüsü briqada generalı Narayan Silval Mustanq bölgəsində tapılan təyyarənin qalıqlarının fotosunu "Twitter” səhifəsində paylaşıb.
 
Məlumata görə, təyyarə Pokhara şəhərindən Comsoma uçurdu.
 
Uçuşdan bir neçə dəqiqə sonra təyyarə ilə əlaqə kəsildi.
 
Axtarış əməliyyatında Nepal ordusunun axtarış qrupu iştirak edib.
Tarix: 30-05-2022, 10:17
Xəbəri paylaş





Xəbər lenti