Moskva yaxınlığında böyük hərbi zavod yanıb - VİDEO


Moskva yaxınlığında hərbi zavod yanıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, Rusiya ordusu üçün durbindən tutmuş, optik nişangahlara qədər müxtəlif cihazlar istehsal edən "Zaqorsk Optik-Mexanika Zavodu"nun anbarı yanaraq kül olub.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu yana Rusiya ərazisində olan və güclü qorunan xeyli sayda hərbi obyekt müəmmalı şəkildə yanıb.
Tarix: 9-06-2022, 14:25
Xəbəri paylaş





Xəbər lenti