Balıq, quş, ördək, qaz və hinduşka da bahalaşdı - ÖZƏL

Balıq, quş, ördək, qaz və hinduşka da bahalaşdı - ÖZƏL Ölkədə bahalaşma bütün məhsullarda qeydə alınıb

Politika.Az-a daxil olan xəbərə görə, artıq quş, balıq, ördək, qaz və hinduşkanın da qiyməti qalxıb.

Kəndlərdən Bakıya daşınan bu məhsullar bazarlarda “od qiyməti”nədir. Alıcılar bu məhsullara yaxın düşə bilmir. Səbəb kimi ərzağın bahalaşması, daşınma xərclərinin artması göstərilir.

Məlumatda deyilir ki, ət, toyuq, bud, ciyər və s. məhsulların qiymətindəki artım yuxarıda qeyd etdiyimiz məhsullara da siraət edib. Onsuz da xalqın bu məhsullara alıb yemək imkanı məhdud idi. Bundan sonra dadına baxmaq belə imkanı olmayacaq.

Eyni zamanda bu məhsulların qiymətindəki artım restoranlara, şadlıq evlərinə təsir edib. Çünki ölkənin imkanlı təbəqəsi bu naz-nemətin dadına baxır. Ona görə də restoranlar istər-istəməz tariflərə yenidən baxmalı olacaq.

Politika.Az-a daxil olan xəbərə görə, ölkə boyunca bahalaşma gedir. Əhalinin gəlirləri azaldıqca bazarlarda qiymətlər qalxır. Ölkədə sürətlə yoxsullaşma gedir. Əhali heç vaxt olmadığı qədər çətin vəziyyətə düşüb.

Bahalaşma barədə detallı yazdığımız səhih informasiyalar təsdiqini tapır. Dövlət Statistika Komitəsi ölkəni bürüyən qiymət artımının tam rəqəmlərini açıqlayıb
Artıq ət, toyuq, kənd yumurtasının qiymətində artım qeydə alınıb. Hazırda sümüklü ət 9, 80 manat, sümüksüz ət 12, 20 manat, toyuq 5, 50 manat civarında, kənd yumurtası isə 30 qəpikdən ucuz deyil.

Bu isə ölkədə yoxsullaşmanı daha da artıracaq, evinə ət və toyuq almaq istəyənlərin sayını kəskin şəkildə azaldacaq. Ölkədə durmadan bahalaşma davam edir. Ölkəyə idxal olunan məhsulların qiymətində artım daha fantastik müşahidə olunur.
Tarix: 3-02-2017, 10:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}