Əliyevin dediyi rəqəmlər var, ət yoxdur

Əliyevin dediyi rəqəmlər var, ət yoxdur Vahid Məhərrəmov

Bilirsinizmi azərbaycanlılar adambaşına nə qədər ət istehlak edir?

İlham Əliyev deyib ki, “mal əti ilə özümüzü 95, qoyun əti ilə 99 faiz təmin edirik”. Reallıq isə belədir: Azərbaycan 2015-ci ildə 319 min ton ət istehsal edib, bunun 100 min tonu quş əti, qalan 219 min tonu isə mal və qoyun ətidir. Buraya ölkəyə kəsim üçün idxal olunn diri heyvanların əti də daxildir.


Ümumilikdə bu qədər ət ölkə təlabatının az bir hissəsini ödəyir. İlham Əliyevin ət təminatı ilə bağlı dedikləri Nazirlər Kabinetinin müəyyən etdiyi minimum istehlak səbətindəki rəqəmlərə əsaslanır. Bu rəqəmləri ümumi norma kimi təqdim etmək və müqayisə aparmaq qüsurludur. Dünyada qəbul olunmuş qida norması var, bu normanı Ümumdünya Səhiyyə Təşkilatı müəyyən edib.

Ümumdünya Səhiyyə Təşkilatı müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına il ərzində ət istehlakı 84 kiloqram nəzərdə tutulur. Azərbaycanda isə bu göstərici 2,5 dəfədən də çox aşağıdır. Ölkədə adambaşına il ərzində 33 kiloqram ət və ət məhsulları istehlak olunur. Bu da müəyyən edilmiş normanın 39 faizi qədərdir.

Onu da xatırladım ki, bir müddət əvvəl BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hazırladığı hesabatda Azərbaycan əhalisinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq və qida məhsulları istehlak etdiyi, xüsusən, yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağı olduğu qeyd edilmişdi: “Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət istehlak edir”.

Yazı kənd təsərrüfatı sahəsi üzrə ekspertin facebook səgifəsindən götürülüb
Tarix: 5-02-2017, 14:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}