Mağazalar satışdan niyə imtina edir? - Siqaret böhranı

Mağazalar satışdan niyə imtina edir? - Siqaret böhranı Xəbər verdiyimiz kimi, Azərbaycanda satış mərkəzlərində tütün məmulatlarının nağd pulla satışı qadağan edilib. Artıq nağd pulla topdan satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün hazırda mağazalarda siqaret qıtlığı müşahidə edilir.

Mağaza satıcıları bildiriblər ki, plastik kart olmadığı üçün siqaretin satışı dayandırlıb. Onların sözlərinə görə, topdan satışla məşğul olan mərkəzlər bir neçə gündür siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə satırlar.

Siqareti o sahibkarlar ala bilir ki, onların VÖEN əsasında bank hesabı var. Bu imkan əksər mağazalarda olmadığı üçün satış mərkəzlərində siqaret qıtlığı yaranıb və bu da tütün məhsullarının süni şəkildə bahalaşmasına səbəb olub.

Satıcılar hesab edirlər ki, qüvvəyə minən qanunun uzun müddətdən sonra icrasına başlanmasına səbəb "vergidən yayınma hallarının” qarşısını almaq və büdcəni doldurmaqdır. Ancaq mağaza sahibləri kartla ödəniş etməkdən imtina edir və bir neçə gündür ki, şəhərdə siqaret tapmaq müşkül məsələyə çevrilib. Binəqədi rayonunda yerləşən marketlərin sahibləri isə bu qərarı boykot etmək qərarına gəliblər və deyiblər ki, əvvəlki sistem qayıtmasa siqaret satmayacaqlar. Bu məsələdə ən çox zərəri isə vətəndaşlar çəkir.

Onu da qeyd edək ki, siqaret satışını davam etdirən şəxslər isə öz istədikləri qiyməti tətbiq edirlər. Ölkədə bu anlaşılmaz durumun nə vaxta qədər davam edəcəyi sual altındadır. (azxəbər)

Siam.az
Tarix: 6-02-2017, 21:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}