KİV: Ölkədən pul çıxarılması qaydaları dəyişdi

KİV: Ölkədən pul çıxarılması qaydaları dəyişdi Mərkəzi Bank “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”na dəyişiklik edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə “İnterfaks-Azərbaycan”a bank sektorundakı mənbə məlumat verib.

“Dəyişikliklərə əsasən, fiziki şəxs xaricə aylıq 30 min ABŞ dolları, o cümlədən bank hesabı vasitəsilə 10 min ABŞ dolları, hesab açmadan 10 min ABŞ dolları, yaxın qohumlara 10 min ABŞ dollarınadək vəsait göndərə bilər”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, qohumların sayından asılı olmayaraq bu məqsədlər üçün xaricə pul köçürmələrinin limiti 10 min ABŞ dolları təşkil edir.
Tarix: 8-02-2017, 09:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}