Bakıya göydən kürü yağıb: - İndi isə kilosu 2 min manatadır
![Bakıya göydən kürü yağıb: Bakıya göydən kürü yağıb:](https://dia-az.info/uploads/posts/2024-04/thumbs/1714031511_0001.jpg)
2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb.
“Cebhe.info” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 2024-cü ilin ilk 3 ayında Azərbaycanda 103.1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.4% və ya 36.9 kq azalıb.
Belə ki, 2023-cü ilin yanvar-mart ayları ərzində ölkədə 140 kq qara kürü istehsal edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 90 kq nərə balığının kürüsü ixrac edilib. Kürünün 1 kq-nın orta ixrac qiyməti 1142 ABŞ dolları (1941 AZN) təşkil edib.
Maraqlıdır, “qara bazaa”da kürünün qiyməti neçədir?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Hüseynov “Cebhe.info”-ya bildirib ki, təbii kürü tapmaq çətin məsələdir:
“Uzun illərdir ki, qara kürünün dadına həsrətəm. Mən qara kürünü sonuncu dəfə 90- cı illərdə təyyarədən kürü “yağarkən” görmüşəm. Kiminsə biznesi imiş, qaçaq yollarla ölkədən çıxarmağa çalışarkən təyyarənin qapısı açılıb və kürü dağıdılıb. Təsəvvür edin ki, bir təyyarədən 7 ton qara kürü xalqımızın üzərinə göydən düşmüşdü. Mən məhz onda kürü görmüşdüm. O zamanlar hamı dəhşətə gəlmişdi ki, göydən yerə qara kürü tökülür. Ancaq indi 100 qramlıq kürünün dadını xalqımız unudub”.
Həmsöhbətimiz vurğulayıb ki, kürünü baha olmasına səbəb Avropa və Asiya ölkələrinə satılmasıdır:
“Ölkənin daxili bazarda kürünün satışı çox məhduddur, çox az sayda mağazalarda satışı həyata keçirilir. Bəzi balıq satış mərkəzlərində və iri supermarketlərdə var. Ondan başqa açıq satışı çox məhdud saydadır”.
Həmsöhbətimiz qeyd edib ki, “qara bazar”da qara kürünün 1 kiloqramı 1200 manatdır:
“Məndə olan məlumata görə, qara kürü “qara bazar”da 1200 manata təklif olunur. Ustəlik də keyfiyyəti məlum deyil. O səbəbdən rəsmi satış məntəqələrində 2000 manata satıla bilər. Ən azı, orada keyfiyyəti məlumdur”.
Həmsöhbətimiz əlavə edib ki, Bakı-Quba yolunda da qara kürü və nərə balığının satışı həyata keçirilir:
“Mən dəfələrlə Bakı-Quba yolunda uzunluğu 50 sm olan nərə balıqlarının satıldığını görmüşəm. O balıqları balıqçılar tuta bilirlər. Çünki həmin balıqlar kiçik olduğuna görə Xəzər dənizinin dərinliyində üzə bilmirlər. Həmən balıqları da dövlət artırmağa çalışır. Lakin brokonyerlər tərəfindən tutulur. O balıqları tutmaq olmaz, çünki onlar yetərincə böyüməyiblər. Bu barədə mən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermişəm ki, zəruri tədbirlər görülsün və brokonyerliyin qarşısı alınsın”.
Tarix: 25-04-2024, 12:23
-
Bu gün, 07:10
Müharibə rusları yarı böldü: 50 faiz Ukrayna ilə sülh istəyir - GƏLİŞMƏ
-
Bu gün, 07:07
“Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ...
-
Bu gün, 07:05
Qorxunc içkilər marketlərdə… – İntihara səbəb olur
-
Dünən, 19:38
Bakıda musiqi məktəbində növbəti qalmaqal — Direktordan açıqlama
-
Dünən, 16:10
Vahid Əhmədovun prokuror oğlu işdən çıxarıldı
-
Dünən, 16:03
Şok qərar: Kreml "xüsusi hərbi əməliyyat"dan imtina etdi - Video
-
Dünən, 15:50
"Müdafiə Nazirliyi 7 ildə şirkətimizə 22 milyon manat pul köçürüb"- 143 milyonluq cinayət işində "tender kralı" ifadə verdi
-
Dünən, 14:35
163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB
-
Dünən, 13:59
“Azergold” QSC-də RƏHBƏR DƏYİŞİKLİYİ - İLGİNC
-
Dünən, 13:53
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? - Agentlik susur
-
Dünən, 10:55
“Bu qurum kasıblara sosial yardım deyil, işgəncə verir...” - NARAZILIQ
-
Dünən, 10:31
Başçıların həbs və azadlıq yolu – ŞOK FAKTLAR
-
Dünən, 10:28
NATO-ya gedən yolda “körpü” – 3 strateji hədəf
-
Dünən, 09:46
Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... - NƏ BAŞ VERİR?
-
Dünən, 09:42
Məktəblilər ancaq evdə dincəlir - yay düşərgələri əlçatan deyil
-
Dünən, 09:18
Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi?
-
Dünən, 09:09
Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ - “Hər kəs həddini bilsin, yerində otursun...”
-
Dünən, 08:40
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən şəxs saxlanıldı
-
Dünən, 08:38
Deputatlığa iddialılar sırasında Eldar Mahmudova bağlı iş adamı: Elxan Bəşirovun Lerik planları davam edir
-
5-07-2024, 23:11
Ukraynaya növbəti "Patriot" gətirildi
-
5-07-2024, 23:08
Deputat Kəmaləddin Qafarovun şirkəti cərimələndi
-
5-07-2024, 19:11
“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir
-
5-07-2024, 19:10
Ramil Həsən yenidən deputat olacaqmı? – Qalmaqal
-
5-07-2024, 19:08
ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə saldı
-
5-07-2024, 18:56
DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT
-
5-07-2024, 18:54
AAYDA-nın “köklü”ləri savaşır: Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?
-
5-07-2024, 18:52
QHT rəhbəri “OBA” marketlə bağlı ÇAĞIRIŞ etdi: COP29 ilində…
-
5-07-2024, 18:50
TƏBİB-in yaranması ilə səhiyyəmiz nəinki düzəldi hətta düz olanı da əyildi
-
5-07-2024, 17:38
Şuşa Zirvəsinin pərdəarxası məqamları - DETALLAR
-
5-07-2024, 14:57
Partiya sədrindən seçki AÇIQLAMASI: - “Bu adamların parlamentdə iştirakı doğru deyil”
{sape_links}{sape_article}