Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsdiq edilib.
 
Təqvim planını təqdim edirik:
 
Azərbaycan Respublikası Mərkəzi
 
Seçki Komissiyasının 8 dekabr 2023-cü
 
il tarixli 7/16 saylı Qərarı ilə təsdiq edilmişdir.
 
NÖVBƏDƏNKƏNAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİNİN HAZIRLANIB KEÇİRİLMƏSİ ÜZRƏ ƏSAS HƏRƏKƏT VƏ TƏDBİRLƏRİN
 
T Ə Q V İ M P L A N I
 
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2023-cü il tarixli 4193 nömrəli Sərəncamı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri elan edilmişdir.
 
Sıra
sayı
Əsas hərəkət və tədbirlərİcraçılarKeçirilmə müddətləri
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və digər hüquqi aktlara əsasənTövsiyə olunan müddətlər
12345
1Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) qərarının qəbul edilməsiMərkəzi Seçki KomissiyasıSəsvermə gününə azı 60 gün qalmış
M a d d ə l ə r : 8.1, 179.2, 207
2023-cü il dekabrın 9-dək
2Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunmasına dair Mərkəzi Seçki Komissiyası qərarının dərc edilməsiMərkəzi Seçki KomissiyasıSeçkilərin təyin edilməsi haqqın-da qərar qəbul edil­dikdən sonra ən geci 2 gün müddətində
M a d d ə 178.3
2023-cü il dekabrın 10-dək
3Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsiAktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəb­büs qrupları, siyasi partiyalar, siyasi partiyaların bloklarıSeçkilərin təyin edilməsi haqqın-da qərar rəsmi dərc olunduqdan sonra
M a d d ə l ə r : 3, 53, 54, 180
 
4Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarın qəbul edilməsiMərkəzi Seçki KomissiyasıSənədlərin Komissiyaya təqdim edilməsindən sonra 5 gün müd­dətində
M a d d ə l ə r : 53.6, 54.9
 
5Azərbaycan Respublikası Prezidentliyinə namizədə və ya onun səlahiyyətli nüma­yəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndə­lərinə imza vərəqələrinin verilməsiMərkəzi Seçki KomissiyasıMərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qəra­rın-dan sonra
M a d d ə l ə r : 53.6, 54.9
 
6Azərbaycan Respublikası Prezidentliyinə namizədin müdafiəsi üçün seçici imzalarının toplanmasıAzərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, prezidentliyə namizəd, siyasi partiya, siyasi partiyaların blokuMərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qəra­rından sonra
M a d d ə l ə r : 56, 57, 181
 
7Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsiAktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təş­kilatının təşəbbüsü əsasında);
Beynəlxalq (xarici) müşahi­dəçilər (qanunla müəyyən­ləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasın­da qeydiyyatdan keçməklə)
Seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçiril­məsi gününə 10 gün qalanadək
M a d d ə l ə r : 1.1.19, 1.1.20, 40.4, 40.5, 40.6, 44
2024-cü il yanvarın 28-dək
8Seçki dairəsinin ərazisində müşahidə aparılma­sına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsiAktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış nami­zədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təş­kilatının təşəbbüsü əsasında)Seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilmə­sinə 5 gün qalanadək
M a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.7
2024-cü il fevralın 2-dək
9Səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiya­sına müraciət edilməsiAktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış nami­zədin, siyasi partiyanın, si­yasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təş­kilatının təşəbbüsü əsasında); Beynəlxalq (xarici) müşahi­dəçilər (qanunla müəyyən­ləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mər­kəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə)Seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilmə­sinə 10 gün qalanadək
M a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.13, 44
2024-cü il yanvarın 28-dək
10Müşahidəçilərin qeydə alınması və onlara Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəciklərin verilməsiMərkəzi Seçki Komissiyası
dairə seçki komissiyaları
Müşahidə aparılması barədə qərar ərizə­nin verildiyi tarixdən Mərkəzi Seçki Komissiyası tərə-findən 3 gün müddətində qəbul edilir.
Dairə seçki komissiyası tərəfin-dən isə 2 gün müddə­tində qəbul edilir.
M a d d ə l ə r : 25.2.20, 40.6, 40.7, 44
 
11Seçki rəsmiləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsiMərkəzi Seçki Komissiyası,
dairə seçki komissiyaları
Azərbaycan Respublikası Pre­zidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublika-sında insan hüquq və azadlıq-larının müdafiəsinin səmərə­liliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.10-cu bəndiMütəmadi
12Dairə və məntəqə seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkili və peşə hazırlığının artırılması ilə bağlı digər proqramların həyata keçirilməsinin təmin edilməsiMərkəzi Seçki Komissi­yasının treninq qruplarıM a d d ə 25.2.7Mütəmadi
13Dövlət avtomatlaşdırılmış informasiya sisteminin işini dairə seçki komissiyalarında təmin edən kompüter mütəxəssisləri üçün treninqlərin keçirilməsiMərkəzi Seçki Komissi­yası Katibliyinin İnformasiya MərkəziM a d d ə 25.2.10Mütəmadi
14Televiziya və radio proqramları və digər yayım qurumları vasitəsilə seçki qanunvericiliyinin izahının, seçicilərin hüquqi biliklərinin artırılmasının təmin olunması (çıxışlar, müsahibələr, dəyirmi masalar), əyani vəsaitlərin (videokliplər, plakatlar, bukletlər və s.) hazırlanması və nümayiş etdirilməsiMərkəzi Seçki KomissiyasıM a d d ə l ə r : 25.2.7, 25.2.10Mütəmadi
15Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklə-rində və ya konsul idarələrində qeydə alınmış seçicilərin seçki dairələri üzrə seçici siyahılarına daxil edilməsi (seçicilərin sayı haqqında məlumatlar əsasında) və dəqiqləşdirilməsi, habelə həmin seçki dairələrinin siyahılarının təsdiq edilməsiMərkəzi Seçki Komissiyası
(Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təq­dimatı əsa-sında)
Səsvermə gününə ən azı 25 gün qalanadək
M a d d ə l ə r : 29.2, 46.8
2024-cü il yanvarın 13-dək
16Namizədin seçki fondunun formalaşdırılması üçün xüsusi seçki hesabının açılmasıPrezidentliyə namizəd və ya onun səlahiyyətli nüma­yəndəsi, siyasi partiya, siyasi partiyaların blokuNamizədlərin qeydə alınması üçün müvafiq seçki sənədləri­nin Mərkəzi Seçki Komissiya­sına təqdim edilməsi gününə azı
5 gün, qeydiyyat üçün zəruri olan seçici imza­larının yığılmasına azı 24 saat qalmış
M a d d ə l ə r : 91.1, 91.2, 190.1
 
17Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsiPrezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nüma­yəndəsiSəsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək
M a d d ə 58.1
2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək
18Birinci ilkin maliyyə hesabatıNamizəd və ya onun səla­hiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blo­kunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayən­dəsiQeydiyyat üçün zəruri olan sənədlərlə birlikdə hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir
M a d d ə 94.3.1
 
19İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyü­nün yoxlanılması və namizədin qeydə alınıb- alınmaması haqqında qərarın qəbul edilməsiMərkəzi Seçki KomissiyasıSənədlər qəbul edildikdən sonra 7 gün müddətində
M a d d ə l ə r : 59, 60, 182.1
 
20Prezidentliyə namizəd, siyasi partiya, siyasi partiyаlаrın bloku tərəfindən təyin olunmuş vəkil edilmiş şəxslərin qeydə alınması və onlara lövhəciklərin verilməsiMərkəzi Seçki KomissiyasıVəkil edilmiş şəxslərin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyаlаr blokunun təqdi-matının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlaya­raq 3 gün müddətində
M a d d ə l ə r : 72.1, 72.2, 186.1
 
21Seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılmasıMəntəqə seçki komissiyalarıSəsvermə gününə azı 35 gün qalanadək
M a d d ə 48.1
2024-cü il yanvarın 3-dək
22Seçici siyahılarının Mərkəzi Seçki Komissiya­sının internet saytında yerləşdirilməsiMərkəzi Seçki KomissiyasıMərkəzi Seçki Komissiyası tərə-findən müəyyənləşdirilən qayda-da təsdiq edildikdən sonra
M a d d ə 46.1
Mütəmadi
23Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasınа və sayınа dair tələblərin təsdiq edilməsiMərkəzi Seçki KomissiyasıSəsvermə gününə azı 45 gün qalanadək
M a d d ə 101.1
2023-cü il dekabrın 24-dək
24Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komis­siyalarına, dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsiMərkəzi Seçki Komissiyası
dairə seçki komissiyaları
Səsvermə vəsiqəsi səsvermə gününə azı 45 gün qalanadək Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilir;
səsvermə gününə azı 25 gün qalanadək dairə seçki komissiya­larından məntəqə seçki komissiyalarına verilir.
M a d d ə l ə r : 101.1, 101.2
2023-cü il dekabrın 24-dək
2024-cü il yanvarın 13-dək
25Qeydə alınmış namizədlərin siyahısının dərc edilməsiMərkəzi Seçki KomissiyasıSəsvermə gününə azı 20 gün qalanadək
M a d d ə 182.3
2024-cü il yanvarın 18-dək
26Seçkiqabağı təşviqatın aparılmasıQeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndə-ləri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi par­tiyaların blokları, onların səlahiyyətli nümayəndə­ləri və vəkil edilmiş şəxsləriSəsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlan­masına 24 saat qalmış dayandırılır.
M a d d ə l ə r : 75, 189
2024-cü il yanvarın 15-i başlayır, fevralın 6-sı saat 8.00-da dayandırılır
27Bilavasitə seçkilərdən əvvəl seçki məntəqələrinin yaradılması:
a) yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə;
b) həmin yerlərdə müstəsna hallarda
Dairə seçki komissiyaları
(seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azər­bay­can Respublikasının Ədliyyə Nazirliyi) və bələdiyyə qurum­larının başçıları ilə birlikdə)
dairə seçki komissiya­sının qərarına uyğun olaraq müvafiq qurumların rəhbərləri
Səsvermə gününə azı 50 gün qalanadək
M a d d ə l ə r : 35.2, 35.4, 35.5
səsvermə gününə azı 5 gün qalanadək
M a d d ə 35.5
2023-cü il dekabrın 19-dək
2024-cü il fevralın 2-dək
28Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında) seçki məntəqələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yaradılması;
həmin yerlərdə Mərkəzi Seçki Komissiya­sının müəyyənləşdirdiyi müstəsna hallarda seçki məntəqələrinin yaradılması
Dairə seçki komissiyaları
(müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları ilə razılaşdırmaqla)
Səsvermə gününə ən azı 50 gün qalanadək
M a d d ə l ə r : 35.2, 35.4
səsvermə gününə azı 5 gün qalanadək
M a d d ə 35.4
2023-cü il dekabrın 19-dək
2024-cü il fevralın 2-dək
29Nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyaları, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsiDairə seçki komissiyalarıSəsvermə gününə azı 45 gün qalanadək
M a d d ə 35.7
2023-cü il dekabrın 24-dək
30Seçki Məcəlləsinin 35.4-cü və 35.5-ci maddə­lərində göstərilmiş müstəsna hallarda yaradılan seçki məntəqələri haqqında məlumatların dərc edilməsiMərkəzi Seçki Komissiyası­nın müəyyən etdiyi qaydadaSeçki məntəqələrinin yaradılması günündən ən geci 2 gün keçənədək
M a d d ə 35.7
 
31Azərbaycan Respublikasının hüdudlarından kənarda yаradılan seçki məntəqələri üzrə Seçki Məcəlləsinin 35.7-ci və 109-cu maddələrində göstərilən məlumatların dərc edilməsiAzərbaycan Respublikasının müvafiq diplomatik nüma­yəndəliklərinin və ya konsul idarələrinin rəhbərləriSeçki məntəqələri yaradıl­dıqdan, eləcə də səsvermə keçirildikdən sonra
M a d d ə 35.8
 
32Seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsiMərkəzi Seçki KomissiyasıSəsvermə gününə ən geci
45 gün qalanadək
M a d d ə l ə r : 100.1 - 100.6
2023-cü il dekabrın 24-dək
33Seçicilərə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsiDairə seçki komissiyaları
məntəqə seçki komissiyaları
Səsvermə gününə 45-25 gün qalanadək
səsvermə gününə 24-3 gün qalanadək
M a d d ə l ə r : 101.2 - 101.4
2023-cü il dekabrın 24-dən
2024-cü il yanvarın 13-dək
2024-cü il yanvarın 14-dən
fevralın 4-dək
34Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi:
a) yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi;
b) hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi
Dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları
məntəqə seçki komissiyaları
(hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəh­bərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında)
Səsvermə gününə azı 25 gün qalanadək
Səsvermə gününə azı 25 gün qalanadək, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra;
M a d d ə l ə r : 46.1, 46.5
Səsvermə gününə azı 20 gün qalanadək
M a d d ə 46.6
2024-cü il yanvarın 13-dək
2024-cü il yanvarın 13-dək
2024-cü il yanvarın 18-dək
35"Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsiMərkəzi Seçki KomissiyasıSəsvermə gününə ən azı 20 gün qalanadək
M a d d ə 25.2.23
“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qay­da­ları”nın 2.1-ci bəndi
2024-cü il yanvarın 18-dək
36"Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsiMərkəzi Seçki KomissiyasıSəsvermə gününə ən azı 10 gün qalanadək
M a d d ə 25.2.23
“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qay­da­ları”nın 2.3-cü bəndi
2024-cü il yanvarın 28-dək
37Səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılmasıSeçicilərin olduqları ərazi­lərdə Azərbaycan Respubli­kasının diplomatik nüma­yəndəliklərinin və ya konsul idarələrinin rəhbərləriSəsvermə gününə azı 30 gün qalanadək
M a d d ə 35.6
2024-cü il yanvarın 8-dək
38Seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsiMərkəzi Seçki KomissiyasıSəsvermə gününə azı 35 gün qalanadək
M a d d ə l ə r : 99.1 - 99.4, 199
2024-cü il yanvarın 3-dək
39Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdiril­məsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsiDairə seçki komissiyasının təklifi ilə yerli icra haki­miyyəti orqanı və bələdiyyə qurumlarıSəsvermə gününə azı 30 gün qalanadək
M a d d ə 87.6
2024-cü il yanvarın 8-dək
40Seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılmasıDairə seçki komissiyasının təklifi ilə yerli icra haki­miyyəti orqanı və bələdiyyə qurumlarıSəsvermə gününə 23 gün qalanadək
M a d d ə l ə r : 11, 86.3
2024-cü il yanvarın 15-dək
41Səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsiMərkəzi Seçki KomissiyasıSəsvermə gününə azı 20 gün qalanadək
M a d d ə 100.8
2024-cü il yanvarın 18-dək
42Səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsiDairə seçki komissiyalarıSəsvermə gününə azı 4 gün qalanadək
M a d d ə 100.8
2024-cü il fevralın 3-dək
43Seçkilər günü səsvermənin yeri və vaxtı barədə media və ya məlumat lövhələri vasitəsilə seçici­lərin xəbərdar edilməsiMəntəqə seçki komissiyalarıSəsvermə gününə azı 25 gün qalanadək
M a d d ə 104.1
2024-cü il yanvarın 13-dək
44İkinci ilkin maliyyə hesabatının təqdim edilməsiNamizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələriSəsvermə gününə ən tezi 20, ən geci 10 gün qalanadək
M a d d ə 94.3.2
2024-cü il yanvarın 18-dən 28-dək
45Seçki bülletenlərinin hazırlanmasıMərkəzi Seçki KomissiyasıSəsvermə gününə ən azı 10 gün qalanadək
M a d d ə 99.4
2024-cü il yanvarın 28-dək
46Səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylan­masıMəntəqə seçki komissiyalarıSəsvermə gününə 7 gün qalanadək
“Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referen­dumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçici­lərə paylanması (çatdırılması) Qaydaları”nın 3.1-ci bəndi
2024-cü il yanvarın 31-dək
47Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiya­sından dairə seçki komissiyalarına verilməsiMərkəzi Seçki KomissiyasıSəsvermə gününə azı 5 gün qalanadək
M a d d ə 99.6
2024-cü il fevralın 2-dək
48Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsiDairə seçki komissiyalarıSəsvermə gününə azı 3 gün qalanadək
M a d d ə 99.6
2024-cü il fevralın 4-dək
49Səsvermənin keçirilməsi:
a) həmin gün seçki məntəqəsində səsverməyə hazırlıq işlərinin başlanması;
b) seçki məntəqələrinin açıq elan edilməsi və seçki qutularının kilidlənməsi;
c) səsvermənin başlanmasının elan edilməsi;
ç) səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatmasının elan edilməsi
Məntəqə seçki komissiyaları
a) məntəqə seçki komissiyaları
b), c), ç) məntəqə seçki komissiyalar­ı­nın sədrləri
M a d d ə l ə r : 104, 105, 2002024-cü il fevralın 7-si
bir qayda olaraq
a) saat 7.30
b) saat 7.50
c) saat 8.00
ç) saat 19.00
50Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatların verilməsi (gün ərzində 5 dəfə)Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya MərkəziM a d d ə l ə r : 110.5, 110.6Seçki günü:
saat 10.00;
saat 12.00;
saat 15.00;
saat 17.00;
saat 19.00.
51Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının və dairə seçki komissiyasının yekun protokol­la­rındakı məlumatların Mərkəzi Seçki Komis­siyasının internet saytında ilkin məlumat kimi yerləşdirilməsiMərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya MərkəziM a d d ə l ə r : 110.5, 110.6Seçkilər günü və ondan sonra
52Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun 1-ci nüsxəsinin ona əlavə edilən sənədlərlə birlikdə dairə seçki komissiyasına göndərilməsiMəntəqə seçki komissiyasıSeçicilərin səslərinin hesablan­masına yekun vurulandan sonra dərhal, lakin 24 saatdan gec olmayaraq
M a d d ə l ə r : 106.5, 106.7
 
53Məntəqə seçki komissiyasının yekun protokolu­nun 3-cü nüsxəsinin məlumat lövhəsində asılaraq nümayiş etdirilməsiMəntəqə seçki komissiyasıProtokol tərtib edildikdən sonra (5 gün saxlanılmaqla)
M a d d ə 106.11
 
54Seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunmasıDairə seçki komissiyasıSəsvermə günündən ən geci 2 gün keçənədək
M a d d ə l ə r : 107.1 - 107.4, 202.1
2024-cü il fevralın 9-dan gec olmayaraq
55Dairə seçki komissiyası protokolunun 3-cü nüsxəsinin və müvafiq məntəqə seçki komissiyaları protokollarının surətlərinin məlumat lövhəsində asılaraq nümayiş etdirilməsiDairə seçki komissiyasıProtokol tərtib edildikdən sonra (10 gün saxlanılmaqla)
M a d d ə 107.7
 
56Seçkilərin ilkin nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi və həmin məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsiMərkəzi Seçki KomissiyasıSeçkilərin ilkin nəticələri dairə seçki komissiyaları üzrə səsver­mənin nəticələrinə dair protokol Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra
M a d d ə 109.1
 
57Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyasının maliyyə hesabatının dairə seçki komissiyasına təqdim edilməsiMəntəqə seçki komissiyalarıSəsvermə günündən sonra 5 gün müddətində
M a d d ə 96.6
2024-cü il fevralın 13-dək
58Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasının maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsiDairə seçki komissiyalarıSəsvermə günündən sonra 10 gün müddətində
M a d d ə 96.7
2024-cü il fevralın 18-dək
59Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsiMərkəzi Seçki KomissiyasıSəsvermə günündən başlayaraq 10 gün müddətində
M a d d ə 203
2024-cü il fevralın 17-dək
60Yekun maliyyə hesabatının təqdim edilməsi (seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənəd­ləri də qoşulmaqla)Namizəd və ya onun səla­hiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayən­dələriSeçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra
M a d d ə 94.3.3
 
61Dairə seçki komissiyalarının protokollarında olan məlumatların tam şəkildə dərc edilməsi (həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər)Mərkəzi Seçki KomissiyasıSəsvermə günündən sonra 45 gün müddətində
M a d d ə l ə r : 109.2, 208
2024-cü il martın 24-dək
62Büdcə vəsaitlərinin istifadəsi, namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları vəsaitinin və siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaitinin xərclənməsi barədə məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə və media nümayəndələrinə təqdim edilməsi
göstərilən maliyyə hesabatının və məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməsi
Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası
Seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra 3 ay müddətində
M a d d ə 96.9.
Hesabatın və məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Res­publikasının Milli Məclisinə təqdim edildiyi gündən başlayaraq 1 ay müddətində
M a d d ə 96.9
 
63Məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi nəşrində tam şəkildə dərc edilməsiMərkəzi Seçki KomissiyasıSeçki günündən sonra 6 ay müddətində
M a d d ə 109.5
2024-cü il avqustun 8-dək

Tarix: 9-12-2023, 08:57
Xəbəri paylaş





Xəbər lenti