Prezidentə xəyanət edən deputat: Cəmil Əliyevin başı üzərindən biznes quran Kəmaləddin Qafarov nazir iddiasında – VİDEO
Dünyada xərçəngdən ölənlərin sayı kəskin dərəcədə artıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 14 milyondan artıq insana xərçəng diaqnozu qoyulur və bunlarınyarıdan çoxu ölür. Bir müddət öncə millət vəkili Faziil Mustafa da bu problemə toxunmuşdu. Fazil bəyin çıxışını dinləyənlər arasında yəqin ki, Milli Məclisinin deputatı, parlamenin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov da olub. Bu şəxsi xüsusi olaraq ona görə qeyd edirik ki, cənab Qafarov “seçkili” vəzifə ilə bərabər həm də təyinatlı vəzifə sahibidir: o, Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyevin müavinidir. Bununla da yekunlaşmır. 9 saylı Binəqədi ikinci seçki dairəsinin mandatını qalmaqalı seçki prosesindən sonra ələ keçirən Kamaləddin Qafarov həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğuldur və bu sahibkarlıq birbaşa dərman sənayesi ilə bağlıdır. Yəni Fazil Mustafanın sözlərindən dərs çıxarmalı şəxs Kamaləddin Qafarov olmalı idi… Cəmil Əliyevin etimadını biznesə çevirən müavin
Ölkə mediasında yer alan iddialar onu göstərir ki, Respublika Milli Onkologiya Mərkəzi xəstələrə açıq bazar prinsipi ilə yanaşır və istədikləri qiyməti tətbiq edirlər. Bu tibb müəsisəsində”pul tələb etmə” elə qapıdan girən kimi başlayır. Deputatın rəhbərliyi altında Milli Onkologiya Mərkəzində formalaşan bazar qiymətlərini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: 1. Onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar. 2. Kimyaterapiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir. 3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinələri keçmək üçün 60 manatdan 100 manata qədər də pul ödənməlidirr. Xərçəng xəstələri hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər. 4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır. 5. Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib. Bu mərkəzin bir tibb ocağı olaraq ağır durumda olan və yaşamaq şansı daha az olan xəstələrə qarşı həssas və qayğı ilə yanaşmaqdansa, həyasızcasına vicdanını pula sataraq xəstələrdən rüşvət tələb etməsi ağlasığmaz cinayət əməlidir. Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyev ölkə başçısının xalası oğludur, öz müavininə etibar edir və inanır. Direktor müavini Kamaləddin Qafarov isə bu etimaddan sui istifadə edərək mərkəzsdə biznes qurub. Etibardan sui-istifadə etmək isə heç bijr halda qəbul edilmir və bağışlanılmır. Dərman mafiyasının baronu “Lal deputat” kimi tanınan Kəmaləddin Qafarov nadir hallarda danışır, amma danışanda da “gül vurur”. O komitə iclaslarının birində deyib ki, “Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur”. Kəmaləddin Qafarovun bu mövzunu dilə gəlməsi və belə bir iddia irəli sürməsi maraqlı olduğu qədər də gülüş doğurur. Təkcə ona görə yox ki, deputatın iddiası doğru deyil, həm də bu iddianı irəli sürən Kəmaləddin Qafarov ölkədə dərmanların qiymətinin baha olmasının əsas baiskarlarından biridir və belə bir şəxsin “Azərbaycanda dərmanlar ucuzdur” deməsi yumşaq desək vətəndaşları dolamaqdır. Onun parlament tribunasından öz biznesini legitimləşdirmək məqsədi daşıdığı aydın görünür. Kəmaləddin Qafarovun əsas gəlir mənbəyi məhz dərman satışındandır. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda ilginc məlimatlar yer alır. “AzəriMed” MMC şirkəti Kəmaləddin Qafarovun ən böyük dərman firmasıdır. Şirkət həm də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. O cümlədən, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital” da kağız üzərində Kəmaləddin Qafarovun yaxın qohumu Canliya Rəhim qızl Qafarovanınn adına olan şirkətə daxildir. “Kanon” apteklər şəbəkəsinin daxil olduğu “Kanon” MMC Qafarovun digər firmasıdır. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun olduğu “Shafran” MMC də dolayısı ilə deputata məxsusdur. Deputatın dərman biznesinə “Avestafarm” MMC, “Naturalist” firması da daxildir. “Naturalist” firmasının təsisçisi kağız üzərində deputatın qardaşı Cəlaləddin Qafarovdur (Paytaxtın ən dəbdəbəli və bahalı şadlıq evlərindən olan “Versal Palace”nin də qanuni təmsilçisi Cəlaləddin Qafarovdur ). Deputatın əczaçılıq biznesi ölkə sərhədlərinin hüdudlarını aşır. Gürcüstanda fəaliyyət göstərən, Tbilisi, İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatda olan “Helios Pharma” LTD-nin də K.Qafarova məxsus olduğu deyilir. Şirkət Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur. Eləcə də yunan Kiprində fəaliyyət göstərən “SALİDONT LTD”-nin də deputatın biznes imperiyasına bağlı olduğuna dair məlumatlar yayılıb. Qafarov həm də Milli Onkologiya Mərkəzinin direktor müavini kimi dövlətin bura ayırdığı pulların böyük əksəriyyətini özünə məxsus “AzəriMed” şirkətinə transfer edir, dərmanlar ordan alınır. Yəni Onkologiya Mərkəzində dəhşətli bahalığın arxasında da məhz Kəmaləddin Qafarov dayanır. Hədəfdə nazir kreslosu var? Deyirlər ki, general olmaq istəməyən əsgər yaxşı əsgər deyil. Amma, lətifəsi bəzilərindən uzaq olsun, məscidin qapısı açıqdır, amma… İndi deputat Kəmaləddin Qafarovun səhiyyə naziri olmaq istəyi haqda xəbərlər bu iki məsəli yada salır. Kəmaləddin Qafarov kimilər necə nazir olmaq arzusuna düşə bilər axı..? Məlumat üçün cumhuriyyet.az diqqətinizə çatdırır ki, bu “lal deputat” Bakıda doğulub, paytaxtda məktəbi bitirib və sonda hansı yollasa Naxçıvanda universitetə daxil olub. Adamdan soruşarlar ki, Bakıda doğulan, burda böyüyən 17-18 yaşlı gənc necə oldu ki, gedib Naxçıvanda oxudu ? Sizi inandırıram ki, bu adam bəlkə də universitetin qapısını tanımayıb. Bəs bu deputat Naxçıvanda hansı fakültəni bitirib, ixtisası nədir? Kəmaləddin Qafarovun rəsmi tərcümeyi-halında qeyd olunur ki, o, Naxçıvanda meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Yəni bu adam kələmdən, soğandan, badımcandan, xiyardan, yəni tərəvəzdən danışsa, başa düşmək olar. Bu adamın səhiyyəyə nə dəxli var, axı bu adam heç tibbi kolleci də bitirməyib… Bəs heç bir tibb təhsili olmayan bu adam necə səhiyyə naziri olmaq eşqinə düşə bilər? Yaxşı deyək ki bu eşqə düşməyib, bəs bu adam necə strateji səhiyyə obyekti olan Milli Onkologiya mərkəzini idarə edir? Bu adam heç mal doxturu- baytar-veterinar da deyil, axı.. Bu adam hər yerdən ümidi kəsilən xərçəng xəstələrinin başına hansı zülmləri gətirmir? Kəmaləddin Qafarov bu əlacız xəstələrin hesabına milyonlar qazanır. Bəli, “universal” Kəmaləddin Qafarovun “VERSAL PALACE” MTK-sı Bakı şəhərində, Ağ Şəhərdə binalar tikir, bahalı mənzillər satır. Bir sözlə, səhiyyəmizə cəllad oliqarx göz dikib… Siam.az