Laçın dəhlizindəki 1 nömrəli nəzarət-buraxılış postundan son görüntülər …–VİDEO

Laçın dəhlizindəki 1 nömrəli nəzarət-buraxılış postundan son görüntülər …–VİDEO
Göründüyü  kimi, hələ də Laçın dəhlizinə Azərbaycanın müvafiq dövlət qurumlarının birbaşa nəzarəti təşkil olunmayıb…
 
Müvəqqəti olaraq Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bir hissəsində yerləşdirilmiş rəsmən sülhməramlı sayılan Rusiya hərbi kontingentinin Laçın rayonunun  Zabux kəndi yaxınlığındakı 1 nömrəli müşahidə və nəzarət-buraxılış postundan  son video-görüntülər yayılıb. 
 
Moderator.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat paylaşılıb.
 
“Sülhməramlılar son bir həftə ərzində 200-dən çox nəqliyyat vasitəsinin və 1000 nəfərin Laçın dəhlizindən Dağlıq Qarabağa və geriyə təhlükəsiz hərəkətini təmin ediblər. Mümkün təxribatların qarşısını almaq üçün hərbçilər bütün avtomobilləri yoxlayır”-  Rusiya kontingentinin sözçüsü Yevgeni Mişin belə deyib.
 
Onun sözlərinə görə, bütün postlar müasir xarici video-müşahidə kameraları, müasir projektorlar və fasiləsiz enerji təchizatı ilə təmin olunub.
Laçın dəhlizindəki 1 nömrəli postdan son
Göründüyü  kimi, hələ də Laçın dəhlizinə Azərbaycanın müvafiq dövlət qurumlarının birbaşa nəzarəti təşkil olunmayıb.
 
Xatırladaq ki, Moderator.az bir müddət öncə  Laçın rayonu ilə Ermənistanın sərhədində Rusiya hərbçilərinin ermənilərin avtomobillərini real olaraq necə “məsuliyyət”lə yoxlaması haqda material təqdim edib(bax://moderator.az/qarabagh/395577/rusiya-herbcileri-qarabaa-geden-ermenileri-lacinda-bele-deqiq-yoxlayir-video/).

 
Tarix: 21-10-2021, 10:34
Xəbəri paylaş





Xəbər lenti