Erməni zabit Şuşa uğrundakı son döyüşlərdən yeni kadrlar yaydı...-VİDEO

Erməni zabit Şuşa uğrundakı son döyüşlərdən yeni kadrlar yaydı...-VİDEO
Sosial şəbəkələrin erməni seqmentində 44 günlük savaşın son günlərində Şuşa uğrunda Azərbaycan ordusunun qələbəsi ilə nəticələnmiş döyüşlərdən yeni kadrlar paylaşılıb.
 
Moderator.az xəbər verir ki, həmin video-görüntüləri “Vəng” batalyonu komandirinin müavini Vaan Mejlumyan yayıb.
 
Bu kadrları yaymaqda erməni zabitin məqsədi  guya  “Vəng” batalyonunun Şuşa uğrunda gedən döyüşlərdə iştirakdan yayınmadığını sübut etməkdir. V.Mejlumyan  bununla Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın sözügedən batalyonun  döyüş meydanından qaçması haqdakı çıxışına cavab vermək istəyib. Halbuki, videodan aydın görünür ki, çəkilişin aparıldığı erməni postu Şuşadan xeyli uzaqdadır...

 
Sultan Laçın

Tarix: 5-11-2021, 09:40
Xəbəri paylaş





Xəbər lenti