Arayik rusları satdı, sirri açdı: “Sülhməramlılar bizə kömək edir” - Qarabağda “özünümüdafiə batalyonları” yaradılır
Qarabağdakı erməni terrorçuların rəhbəri Arayik Hartutyunyan Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdə yerləşdirilmiş qanunsuz silahlı dəstələrin fəaliyyətini gücləndirmək üçün əlavə tədbirlər gördüklərini bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, o, bu günkü açıqlamasında “təmas xəttin”də təkcə qondarma “müdafiə orudusu”nu deyil, həmçinin yerli sakinlərin də imkanlarından istifadə edəcəklərini deyib.
Harutyunyan bildirib ki, Qarabağda qəbul etdikləri “qanuna” əsasən bundan sonra “təmas xətti” boyunca yerləşən kəndlərin sakinləri sərbəst şəkildə silah əldə edə və gəzdirə biləcək. Bundan başaqa, həmin kəndlərdə “hüquq mnühafizə orqanları əməkdaşları”nın sayı artıralacaq. Onların da əksəriyyəti elə həmin kəndlərin sakinləri olacaqlar. Bu məqsədlə kənd sakinlərinə müraciət edən terrorçubaşı, bu işlərdə çalışmaq istəyənlərin qondama “milli təhlükəsizlik xidməti”nə müraciət etməsini istəyib.
Harutyunyan bildirib ki, indiyə qədər Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdə möhkəmlənmək üçün çoxlu işlər görüblər. “Bu istiqamətdə çoxlu işlər görmüşük. Hazırda “ordumuz” bütün riskləri önləmək üçün tam hazırdır”.
O sonda deyib ki, Qarabağdakı separatçılar bölgədə müxtəlif təhlükəsizlik risklərinin qarşısının alınması və aradan qaldırılması üçün Rusiya sülhməramlıları ilə gündəlik əməkdaşlıq edirlər. “Müxtəlif səylərlə biz “öz təhlükəsizlik imkanlarımızdan” və Rusiya sülhməramlı qoşunlarının verdiyi hərbi-siyasi təminatlardan istifadə edərək, əhalimizin təhlükəsizlik səviyyəsini davamlı olaraq artırmaq üçün əlimizdən gələni edəcəyik”.