Laçın dəhlizi hər iki başdan bağlandı...-NİYƏ?-YENİLƏNİB

Laçın dəhlizi hər iki başdan bağlandı...-NİYƏ?-YENİLƏNİB
Ermənistan və Azərbaycan orduları arasında insident səbəbindən Gorus-Laçın-Şuşa-Xankəndi avtomobil yolu bağlanıb.  
Moderator.az xəbər verir ki,  erməni mediasının yazdığına görə, bu haqda  Azərbaycan Respublikasının  Qarabağ torpaqlarındakı separatçı-terrorç rejimin qanunsuz “daxili işlər nazirliyi” məlumat yayıb.
Məlumata görə, hər iki istiqamətdə nəqliyyatın hərəkəti kəsilib. “Hüquq-mühafizə orqanları Rusiya sülhməramlıları ilə birlikdə yolun açılması üçün qarşı tərəflə danışıqlar aparır. Nazirlik hadisə ilə bağlı daha sonra geniş məlumat verəcəyini vəd edir”- erməni mediasının yaydığı məlumatda belə deyilir.
Ermənistanın "Hraparak" nəşrinin Bakı vaxtilə saat 09:54-də yaydığı son məlumatda deyilir ki, bir erməni vətəndaş avtomobillə Şuşadakı Azərbaycan postuna yaxınlaşaraq oraya qumbara atıb. "Buna cavab olaraq Azərbaycan hərbçiləri ərazidən keçən erməni texnikasını atəşə tutublar. Yaralılar var" -erməni nəşri belə yazır. Erməni nəşri  eyni zamanda  qumbara atan şəxsin noyabrın 8-də Şuşa yaxınlığındakı diversiya cəhdi zamanı ölmüş Martik Eremyanın qardaşı olduğunu ehtimal edir...
Sultan Laçın
Tarix: 13-11-2021, 10:27
Xəbəri paylaş





Xəbər lenti