Erməni terrorçu hərbçilərimizin mövqeyinə qumbara atıb.
Ermənistan mediası Şuşa-Laçın yolunun bağlanması barədə məlumat verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, buna səbəb Şuşa-Xankəndi yolunda erməni terrorçu nəzarət-buraxılış məntəqəsinin yaxınlığında hərbçilərimizin olduğu posta qumbara atması olub.
Hadisə zamanı xəsarət alanlar barədə rəsmi məlumat yoxdur. Ərazidəki sülhməramlı qüvvələr terroçunu saxlayıb.