Dəyişməyən erməni xisləti: - Azərbaycanlılar və ermənilər birgə yaşaya bilər?
Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribata cəhd göstərib.
Noyabrın 14-ü səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bir qrup şəxsi heyətinin və texnikasının Laçın rayonunun sərhədi istiqamətində cəmləşdirilməsi, o cümlədən təxribata hazırlığı bölmələrimiz tərəfindən müşahidə edilib. Ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri təxirəsalınmaz tədbirlər həyata keçirib.
Əməliyyat şəraitinə uyğun olaraq Ordumuzun bölmələri tərəfindən əvvəlcədən müəyyən edilmiş plana əsasən zəruri fəaliyyətlər icra olunub. Nəticədə qarşı tərəfin hərbi qulluqçuları ərazidən çəkilməyə məcbur edilib. Hazırda əməliyyat şəraiti nəzarətimiz altındadır.
Qeyd edək ki, son günlərdə ermənilər tərəfindən ardıcıl olaraq Şuşa, Kəlbəcər və Laçın istiqamətində müxtəlif təxribatlara əl atılır.
Bütün bu təxribatların qarşısı Azərbayacan Ordusu tərəfindən qətiyyətlə alınır. Reallıq da ondan ibarətdir ki, ermənilər bu təxribatlarla öz çirkin məqsədlərinə çata bilməyəcəklər.
Maraqlıdır, bunula heç nəyə nail olmayacağını bilən Ermənistan azərbaycanlıların Qarabağa böyük qayıdışına mane olmağa çalışır?
AMEA Qafqazşünaslıq İnstitunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışını həzm edə bilməyən Ermənistan mövcud reallıqlarla barışa bilmir:
“Fikrimcə, Laçın və Kəlbəcər istiqamətində törədilən təxribatlarla Şuşa istiqamətində törədilən terror hücumu bir-birindən fərqləndirmək zəruridir. Şuşa istiqamətində Azərbaycan Ordusunun hərbçilərinə qarşı əl qumbarası istifadə edən şəxsin təxribatı bir neçə məqsəd güdürdü. İlk növbədə, bunu guya şəxsi intiqam zəmnində baş verən hadisə kimi təqdim etməyə çalışırdılar. Onun qardaşı əslində təxribatçı addım atarkən əsgərlərimiz tərəfindən zərərsizləşdirilmişdir. Guya o, bunu etməklə qardaşının intiqamını almağa çalışdığını deyirdi. Əslində, burada böyük qüvvələrin başqa məqsədləri var. Onlar Azərbaycanın ərazisində ermənilər ilə azərbaycanlıların birlikdə yaşaya bilməyəcəyini göstərmək istəyirlər. Həmçinin, burada daima üçüncü qüvvəyə ehtiyac olacağını sübut etməyə çalışan qüvvələr bu cür təxribatlara əl atırlar. Hesab edirəm ki, sırf bu istiqamətdə törədilən təxribatlar hansısa dövlətlərin siyasi məqsədlərinə xidmət edən addımlardır. Onu da nəzərə almaq lazımdır ki, Qarabağda müvəqqəti olaraq yerləşdirilən rus sülhməramlı qüvvələrinin əraziləri erməni terrorçularından təmizləməsi və onların əlindən silahların alınması sadəcə 1-2 günlük işdir”.
Elnur Kəlbizadə qeyd edib ki, ermənilər Laçın və Kəlbəcər istiqamətində törədilən təxribatlarla sərhədlərin delimitasiya və demarkasiya prosesinə mane olmaq məqsədi güdürlər:
“Azərbaycan tarixi və hüquqi xəritələrə uyğun olaraq öz torpaqlarında qayıdıb. Uzun illər ərzində Ermənistan tərəfi bu əraziləri qanunsuz olaraq nəzarəti altında saxlayaraq, təbii sərvətlərimizi istismar edib. Mövcud vəziyyətdə isə ermənilər bu itikilərlə barışa bilmir. Yəni, Azərbaycana məxus ərazilərin yenidən ölkəmizin nəzarətinə keçməsi Ermənistan üçün həm iqtisadi, həm də kommunikasiya imkanları baxımından ciddi itki deməkdir. Onlar bu addımları ilə hələ də gücünün tükənmədiyini və ölkə daxilində müqavimətin olduğunu göstərməyə çalışırlar”.