Gorus İrəvandan ayrılır – Təhlükəsizlik Şurası yaradılır



Ermənistanın Gorus şəhərində bir qrup ziyalı və yerli siyasətçilər İrəvan hökumətinin təsirli tədbirlər görməməsi, habelə sərhəddin müdafiəsinin lazımı səviyyədə təmin etməməsi səbəbindən təşəbbüslə çıxış ediblər.

Qaynarinfo xəbər verir ki, qısa müddətdən sonra Gorusun bütün ziyalıları bir araya gələrək, qərar verib.
Həmin qərara əsasən Gorus şəhəri və sərhəddə yaxın kəndlərin müdafiəsi, problemlərinin həll edilməsi, habelə silahlı dəstələrin yaradılmasına başlanılıb. Belə ki, Təşəbbüs Qrupunun rəhbəri Artur Xocabağyan bəyan edib ki, bu gündən etibarən onlar Təhlükəsizlik Şurası yaradırlar.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurası Gorusun təhlükəsizliyini təmin etməklə yanaşı, maddi-texniki baza yaratmaq və silahlı dəstələr formalıaşdırmağı öz üzərinə götürür:

"Biz İrəvandakı hökumətdən heç bir yardım istəmirik. Qərara almışıq ki, Gorus və onun ətrafındakı yaşayış məntəqələrinin təhlükəsizliyini, strateji obyektlərin qorunmasını təmin etmək üçün könüllü hərbi birliklər formalaşdıraq. Onların silahla təhciz edilməsi məsələsi isə şəxsi əlaqələrimiz hesabına həyata keçiriləcək. Bundan başqa, orta məktəblərdə tədirisin təşkili, Qırmızı Xaç Komitəsinin dəstəyi ilə ilkin tibbi yardımın öyrədilməsi məqsədi ilə məktəblərdə kursların açılması da qərarlaşdırılıb. Əhalinin ehtiyaclarının qarşılanması, habelə digər məsələləri də Təhlükəsizlik Şurası həyata keçirəcək”.
O maddi problemlərin həlli məsələsinə gəlincə bəyan edib ki, bu işdə diasporaya böyük ümid bəsləyirlər. Xocabağyan vurğulayıb ki, artıq bu istiqamətdə danışıqlar da aparılıb və müsbət nəticələr də əldə olunub:

"Diasporadan dəstək verəcəklər. Qərarlaşıdırmışıq ki, qısa müddətdə yerli əhalini fiziki və taktiki cəhətdən hazırlamaq, habelə atəş təlimlərinin keçirilməsini təmin edək. Biz bütün Gorusu səfərbərliyə alacağıq. Bütün insanlar buna hazırdırlar”.
Tarix: 23-11-2021, 21:46
Xəbəri paylaş





Xəbər lenti