Ermənistanın 9 deputatı növbəti dəfə Laçından keçib Xankəndinə gəldi... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ermənistan parlamentinin sədri Alen Simonyanın sərəncamı ilə qanunverici orqanın nümayəndə heyəti dekabrın 3-dən 5-dək birgə “parlament” dinləmələrinin keçiriləcəyi Xankəndinə yola düşüb.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qarabağa növbəti qanunsuz səfər edənlər arasında erməni parlamentinin elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman daimi komissiyasının sədri Sisak Qabrielyan, həmin komissiyanın katibliyinin ekspert əlaqələndiricisi və deputat köməkçisi Anuş Barehamyan, həmçinin, deputatlar: Taquhi Kazaryan, Lilit Qalstyan, Asmik Akopyan, Narek Babayan, Elinar Vardanyan, Akop Aslanyan, Knyaz Hasanov, Marina Akopyan da var.
Qeyd edək ki, Knyaz Hasanov –Ermənistandakı azsaylı yezidi kürdlərini təmsil edir.