Erməni “polisi” Tərtərin kəndində Rusiya vətəndaşına qarşı zorakılıq etdi...

Erməni “polisi” Tərtərin kəndində Rusiya vətəndaşına qarşı zorakılıq etdi...
"Qorxuruq, bir azdan erməni saytları saxta"xəbər" yaya ki, guya Azərbaycan hərbçisi Tərtərin, Kəlbəcərin, Ağdamın, yaxud Şuşanın kəndindəki Rusiya vətəndaşına atəş açıb..."
 
Azərbaycan Respublikasının Tərtər rayonunun müvəqqəti(!) olaraq Rusiyanın “sülhməramlı” kontingentinin nəzarətində qalan və işğal dövründə “Maqavuz” adlandırılmış Çardaqlı kəndində Rusiya vətəndaşına qarşı zorakılıq tətbiq edilib.
 
Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.
 
Məlumata görə,  noyabrın 22-də separatçı-terrorçu rejimin qanunsuz “ombudsman” xidmətinə erməni “polis” tərəfindən Çardaqlı kəndində bir Rusiya vətəndaşına qarşı zorakılıq tətbiq edilməsi haqda məlumat daxil olub.  Noyabrın 24-də isə “ombudsman”ın müraciəti əsasında qondarma rejimin qeyri-qanuni “prokurporluğu”nda hadisə ilə bağlı  “cinayət işi” qaldırılıb.
 
Zərərçəkən Rusiya vətəndaşının ad-soyadı və milliyyəti açıqlanmayıb.
 
Zəruri arayış:
 
Çardaqlı - Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. XIX əsrdə keçmiş Zəngəzur qəzasındakı eyniadlı kənddən gəlmiş ermənilər yaşayış məntəqəsini “Maqavuz” kimi rəsmiləşdirmışdilər. 1992-ci ildə kəndin keçmış adı bərpa olunmuşdur. Biləsuvar rayonunun Aşağı Çəmənli kəndindən Şimal qərb-də, Araz çayının keçmış yatağının sol sahilində yeddi təpədən ibarət Çardaqlı adlanan qədim yaşayış yeri də mövcuddur. Cardaqlı "üstü ortulu, bağlı" deməkdir.
 
Çardaqlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çardaqlı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Çardaqlı kəndi  1-ci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal olunub. 44 günlük savaşdan sonra isə 10 noyabr üçtərəfli razılaşmasına əsasən Rusiyanın rəsmən sülhməramlı sayılan kontingentinin nəzarətindədir və kənddə hələ də haylar yaşayır...
 
P.S. Qorxuruq, bir azdan erməni saytları saxta"xəbər" yaya ki, guya Azərbaycan hərbçisi Tərtərin, Kəlbəcərin, Ağdamın,yaxud Şuşanın kəndindəki Rusiya vətəndaşına atəş açıb...
 


Tarix: 7-12-2021, 07:49
Xəbəri paylaş





Xəbər lenti