Qırmızı Bazarda yenə atışma olub: düşmən təxribatı dayanmır - NƏ BAŞ VERİR?


Qarabağdakı qanunsuz erməni silahlı dəstələri Qırmızı Bazar qəsəbəsi istiqamətində təxribatlara davam etdirirlər. JAMAZ.İNFO xəbər verir ki, dünən saat 21:30 radələrində düşmən yenidən mövqelərimizi atəşə tutub.

Məlumatda deyilir ki, Azərbaycan Ordusunun mövqeləri qanunsuz silahlı dəstlər tərəfindən atəşə tutulub, itki yoxdur. Düşmən təxribatının qarşısını almaq üçün cavab tədbirləri görülüb.

Qeyd edək ki, son bir həftə ərazində bu istiqamətdə düşmən artıq bir neçə dəfə təxribata əl atıb. Belə ki, ard-arda iki gün Qırımızı Bazar qəsəbəsi istiqamətində mövqelərimiz atəşə tutulub. Ardından isə Qurusu adlanan ərazidəki postumuza hücum edilib. Nəticədə, əsgərimizin əlindən silahını almaq istəyən terrorçu zərərsizləşdirilib.

Görünən odur ki, düşmən dinc oturmaq fikrində deyil. Onlar davamlı olaraq mövqelərimizi atəşə tutmaqla yanaşı, günahı bizim üzərimizə atmaqla özlərini beynəlxaql təşkilatlara “məzlum”, “məsum”, “günahsız” kimi göstərməyə çalışırlar.
Tarix: 7-12-2021, 09:41
Xəbəri paylaş





Xəbər lenti