“Qarabağın yekun statusu onun müstəqil olacağı demək deyil” - Paşinyandan İLGİNC ETİRAF


“Dağlıq Qarabağın yekun statusu onun müstəqil olacğı demək deyil. Bundan başqa, danışıqlar prosesində Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsi üçün ərazi müəyyən edilməyib”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanın baş naziri Nikol Paşinyandır.

Onun sözlərinə görə, Ermənistan cəmiyyətində yanlış fikir formalaşdırılıb. “Ermənistan cəmiyyətində aparılan müəyyən təbliğat nəticəsində belə bir fikir formalaşıb ki, “Dağlıq Qarabağın yekun statusu” mütləq Qarabağın müstəqilliyini şərtləndirir. Yekun status müəyyən etmək müstəqillik demək deyil”.

Ermənistanın baş naziri qeyd edib ki, referendum məsələsində də kifayət qədər boşluqlar var. “Mən artıq referendum institutu və onun içindəki tələlərdən danışmışam. Məsələn, Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesində iştirakı nəzərdə tutulurdu. Əvvəldən Dağlıq Qarabağdakı potensial azərbaycanlıların referendumda iştirak kvotasında problem var idi. Onu da diqqətinizə çatdırmaq istərdim ki, danışıqlar prosesində və mövcud sənədlərdə bu potensial referendumun Dağlıq Qarabağda keçiriləcəyi heç vaxt qeyd olunmayıb. Başa düşürsüz? Referendumun keçiriləcəyi heç bir ərazi müəyyənləşdirilməyib. Digər nüanslar barədə danışmıram”.
Tarix: 9-12-2021, 09:22
Xəbəri paylaş





Xəbər lenti