"Rusiya sülhməramlılarının Qarabağ ərazisində olması faktı göstərir ki, bura Azərbaycanın..."
“İndi iki reallıq inkişaf edir: Dağlıq Qarabağın tarixi və Ermənistan-Azərbaycan sərhədinin tarixi...” “2020-ci ildə Qarabağda baş verənlər çoxları, o cümlədən Rusiya üçün şok oldu. Rusiyalı ekspertlər münaqişənin bu mərhələsinin belə radikal sonlanacağını proqnozlaşdıra bilməzdilər. Aydın idi ki, Azərbaycan hərbi-siyasi baxımdan güclənir, bunu Ermənistan haqqında demək olmazdı. Amma buna baxmayaraq geosiyasi vəziyyətin belə tez dəyişməsi mənim üçün də şok oldu”
Moderator.az xəbər verir ki, bu fikirləri politoloq Vladimir Şapovalov Rusiyanın "Pozitsiya"(“Mövqe”) proqramına müsahibəsində bildirib.
"Münaqişə bitməyib, o dayandırılıb. İndi iki reallıq inkişaf edir: Dağlıq Qarabağın tarixi və Ermənistan-Azərbaycan sərhədinin tarixi. Azərbaycan hesab edir ki, Qarabağ məsələsi bağlanıb. Amma Ermənistanda və Rusiyada belə düşünmürlər...
Rusiya sülhməramlılarının Dağlıq Qarabağ Respublikası(!-S.L.) ərazisində olması faktının özü göstərir ki, bu, Azərbaycanın tam suveren ərazisi deyil. Sülhməramlıların olması burada hərbi-siyasi prosesin natamamlığından xəbər verir”, - rusiyalı politoloq hesab edir.
P.S.... Sultan Laçın
Tarix: 12-12-2021, 10:07