Bir sutkada Qarabağa 400-dən çox maşın gəlib-gedib

“Rusiya sülhməramlı kontingentinin hərbçiləri sutka ərzində müşahidə məntəqələri və Laçın dəhlizi vasitəsilə 400-dən çox avtomobilin Dağlıq Qarabağa və geriyə təhlükəsiz keçidini təmin ediblər”.
Rusiya Müdafiə Nazirliyinin informasiya departamentinin dekbarın 18-də yaydığı məlumatda belə deyilir.
“Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrində biz atəşkəs rejiminin saxlanmasına nəzarət edirik və nəzarət-buraxılış məntəqəsi rejimini həyata keçiririk. Hər bir avtomobil yoxlamadan keçir və zərurət yaranarsa, biz sürücüdən avtomobilin salonuna baxış keçirmək üçün maşından düşməsini xahiş edirik”, – Rusiya sülhməramlı kontingentinin sözçüsü İvan Padalka bildirib.
Nazirliyin məlumatında deyilir ki, Rusiya sülhməramlı qüvvələri 27 müşahidə məntəqəsi üzrə vəziyyətin gecə-gündüz monitorinqini və atəşkəs rejiminə riayət olunmasına nəzarəti təmin edir, həmçinin Laçın dəhlizi ilə nəqliyyat vasitələrinin və insanların təhlükəsiz giriş-çıxışını təmin edir.
Azadlıq radiosu
Tarix: 19-12-2021, 10:28
Xəbəri paylaş





Xəbər lenti