PAŞİNYANDAN ZƏNGƏZUR DƏHLİZİ İLƏ BAĞLI ŞOK AÇIQLAMA – “İşlər başlayır”

image-d5d2e053-a62c-4aa3-95ee-113da67480de


Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri hissəsinin tikintisi üçün hazırlıq işlərinə başlayır.
TASS xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin çərşənbə günü verdiyi məlumata görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

N.Paşinyan əlavə edib ki, regional kommunikasiyaların açılması böyük imkanlar təqdim edir.
Ermənistan və Azərbaycanı birləşdirən Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar dekabrın 15-də Brüsseldə keçirilən görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən təsdiqlənib. Paşinyanın sözlərinə görə, bu barədə razılıq Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrup tərəfindən əldə olunub.
Ermənistan hökuməti bu yolun ölkə ərazisindən keçən 45 km-lik hissəsinin bərpasını və bunun üçün 200 mln. ABŞ dolları məbləğində vəsaitin ayrılmasını planlaşdırır. Magistral yolun ümumi uzunluğu 340 km-ə yaxın olacaq. Dəmir yolu istismara verildikdən sonra Ermənistanın Rusiya və İranla, Naxçıvan Muxtar Respublikasının isə Azərbaycanın əsas hissəsi ilə əlaqə quracağı gözlənilir.
Tarix: 29-12-2021, 23:57
Xəbəri paylaş





Xəbər lenti