Ermənistan Qarabağda kiçik müəssisələr açır

Ermənistan yaxın günlərdə Qarabağın Rusiya sülhməramlıları və separatçı-terrorçuların nəzarəti olan hissəsində iki kiçik quşçuluq ferması açmağı planlaşdırıb.

Modern.az xəbər verir ki, bunu Ermənistan Quşçular İttifaqının sədri Sergey Stepanyan deyib.
"Bunlar kiçik təsərrüfatlardır, lakin Qarabağda yumurta istehsalını artıracaqlar", - Stepanyan vurğulayıb.
Onun sözlərinə görə, Qarabağın ermənilər yaşayan bölgəsindəki ən böyük “Martuni” quşçuluq ferması da öz işini bərpa edib. Hələlik ora Ermənistandan quş yemi gətirilir.
Ermənistan Pendirçilər İttifaqının sədri Armen Qiqoyanın qeyd edib ki, iki süd məhsulu (“Artsaxkat” və “Mu-Mu”) müəssisəsi də istehsalını bərpa edib, lakin indiyədək onlar əsasən Ermənistandan gətirilən süd tozu üzərində işləyirlər.
Tarix: 1-01-2022, 09:31
Xəbəri paylaş





Xəbər lenti