“Demişdim ki, Prezident özü yeddidolama ilə Şuşaya qalxsın və əhali də arxasınca getsin...”

“Demişdim ki, Prezident özü yeddidolama ilə Şuşaya qalxsın və əhali də arxasınca getsin...”
“Mən və hər bir azərbaycanlı sevindi ki, Prezident Yeni ili Şuşada qeyd etdi. Bu çox gözəl bir əlamətdar gün idi və bizi istəməyən qüvvələrə də həm siyasi, həm də hərbi yolla sözümüzü dedik. Prezidentin 2022-ci ili Şuşa ili elan etməsi elə təəssürat yaradır ki, yəqin 2022-ci ildə Şuşa sakinləri Şuşaya köçəcəklər. Bu həm də ona bir işarə idi. Şuşada gedən quruculuq işləriylə bağlı da ölkə başçısı məlumat verdi”.
 
Bunu Moderator.az-a açıqlamasında Şuşa özünümüdafiə batalyonunun sabiq komandiri Fəxrəddin Səfərov deyib. O, ölkə başçısını Cıdır düzündə gördüyünə görə sevindiyini bildirib:  
 
“2003-cü il prezident seçkilərində "Lider" televiziyasına müsahibəm zamanı dedim ki, Prezidentin seçilməsi məlumdur, artıq səs çoxluğu İlham Əliyevin tərəfində idi. Onda dedim ki, arzu edirəm İlham Əliyev bizi Şuşaya aparsın və ora gedərkən də öz ailəsini, övladlarını ətrafına toplasın o yeddidolamanı özü maşını idarə edərək Şuşaya qalxsın və əhali də onun arxasınca getsin. İndi mən doğrudan da Cıdır düzündə onu ailəsiylə birlikdə görəndə həmin o fikirlərim yadıma düşdü. Buna doğrudan da sevindim. Onda dedim ki, Şuşaya əgər sən dolanmasan, bu dünya ömürlük dağdı səsinçün. Yəni əgər Prezident olursan Şuşaya getmirsənsə, bu sənin üçün həyatda ən ağır yükdür. 
 
İçimdə narazı olduğum tərəflər də var. Biz elə bil Şuşa haqqında danışanda şuşalılar kənarda qalır. 1988-1992-ci illərdə bu gün “Xarıbülbül” festivalında oturanları, tez-tez şuşalı kimi televiziyada çıxış edənlərin heç birisini həmin günlərdə orda görmədim. Həmin illərdə bizim hardasa nəyəsə mənəvi ehtiyacımız var idi. Bir vətəndaş olaraq mən haqqı demək istəyirəm. Bu gün Şuşada müəyyən müəssisələr açılır, amma onların heç birisinin açılışında şuşalılar iştirak etmirlər. Bu isə narazılıq yaradır. Şuşada şəhid övladının məzarını ziyarətə gedən valideynlər “Xarıbülbül” otelində bir gecəni 280 manata qalırlar. Bu nə deməkdir?! “Xarıbülbül” otelini birinci dəfə mən mobil telefonla çəkmişdim. Ora iki mərmi düşmüşdü, hazır otel idi. Ora rəhbərlik edən adam bir dənə əşya almayıb. İndi şuşalı gedib o oteldə 280 manata qalacaqsa, bu onun üçün nə deməkdir. O oteldə şuşalı işləsə, ora gələn şuşalıdan min il qala pul istəməz. Yəni belə məsələlər də var və bu da bizi içimizdən sındırır. 
 
Mən özüm də 44 günlük Vətən müharibəsində kənardan da olsa hərbçilərimizə dəstək olmuşam. İndi də xidmət edirəm. Mənə elə gəlir ki, şuşalılara münasibət arxa plana çəkilib. Orda fəhlə, mühəndis lazımdırsa, elə şuşalıları cəlb etsinlər də, hamısının işə ehtiyacı var”.

Tarix: 3-01-2022, 16:11
Xəbəri paylaş





Xəbər lenti