Ermənistanın imtina etmədiyi ƏRAZİ İDDİALARI: - “Sülh müqaviləsinin imzalanması üçün...”

Ermənistanın imtina etmədiyi ƏRAZİ İDDİALARI:
“İrəvanın irəli sürdüyü yeni şərtlər Bakının maraqlarına uyğun olmadığı üçün qəbul edilmir”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında bərpa olunan nizamlama prosesi çərçivəsində Berlində keçirilən görüşlərin nəticə verməməsinin səbəblərini şərh edən politoloq Mətin Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirlərinin Berlin görüşünün heç bir nəticə vermədiyini iddia etmək doğru olmaz:

“Bu prosesdə digər görüşlər kimi, Berlində baş tutan danışıqların da özünəməxsus rolu oynadı. Lakin sülh müqaviləsinin şərtlərinin hələ də razılaşdırılmamasının başlıca səbəbi məhz Ermənistanın mövqeyidir.

İrəvanın irəli sürdüyü yeni şərtlər Bakının maraqlarına uyğun olmadığı üçün qəbul edilmir. Ən əsas amil isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır.

Sadalanan nüanslar hələ ki iki ölkə arasında sülh müqaviləsinin imzalanması yönündə mövqeləri uzlaşdırmağ və ciddi irəliləyişlərə nail olmağa imkan vermir”.
Tarix: 4-03-2024, 23:06
Xəbəri paylaş





Xəbər lenti