Damarları təmizləyən, dərini cavanlaşdıran müalicəvi məhsul - TƏBİİ ÜSUL...






Alma sirkəsindən əsrlər boyu müalicə məqsədilə istifadə edilmişdir. Çünki alma sirkəsi tərkibində alma turşusu olan bir şəfa qaynağıdır. Bunun əsas səbəbi  tərkibində çoxlu C vitaminin, kalsiumun, kaliumun və müxtəlif faydalı kimyəvi birləşmələrin olmasıdır.
 
Təbii alma sirkəsi çox faydalı müalicəvi məhsuldur - immuniteti möhkəmləndirir, cavanlaşdırır, damarları təmizləyir, aterosklerozun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır, arıqlamağa kömək edir. Tərkibindəki maddələr alma sirkəsinin aşağıdakı xüsusiyyətlərə malik olmasına səbəb olur:

-qanı duruldur
-qızdırmanı aşağı salır
-sinir sistemini sakitləşdirir

Alma sirkəsinin maddələr mübadiləsini sürətləndirmək və bir çox xəstəliklərin baş vermə riskinin azaltmaq qabiliyyəti vardır. Tərkibində olan vitaminlər sayəsində orqanizmin müqavimətini artırır, tərkibində olan kalsium sayəsində sümükləri möhkəmləndirir.

Bağırsaq sisteminin də fəaliyyətini yaxşılaşdırır. Tərkibində olan petkin maddəsi kimi tanınan liflər bağırsaqlarda olan spazmları aradan qaldırmaqla, həzmi sürətləndirir, ishalı müalicə edir. Həzmi sürətləndirmək məqsədilə sirkə qatılmış suyu gün ərzində bir-neçə dəfə içmək lazımdır. Sirkə meyvə suyuna qarışdırılaraq qəbul edildikdə daha effektli olur.
 
Alma sirkəsini bala qarışdırıb içmək qastrit ağrılarının aradan qaldırır. Suya qatılmış alma sirkəsini içmək və iyləmək burun boşluqlarında yığılıb qalmış iltihabı axıdır və burun boşluqlarına antiseptik təsir göstərir. Tərkibində olan maddələr sayəsində dərinin pH balansının ödəyir və bədənin iylənməsinin qarşısını alır. Alma sirkəsi qatılmış su ilə ayaqları vanna etdikdə ayaq iylərindən xilas olmaq olur. Bu məqsədlə ayaq vannası edilən suya 2 stəkan alma sirkəsi əlavə edilir və ayaqlar ən azı 15 dəqiqə vanna edilir.

Alma sirkəsi qatılmış su içmək soyuqlama əlamətlərini də aradan qaldırır, boğaz iltihabına faydalı gəlir, bala qatılıb içildikdə öskürəyi kəsir və yorğunluğu aradan qaldırır. Bunun üçün 1 stəkan meyvə suyuna 1 çay qaşığı alma sirkəsi qatılıb içilir.

Srkəs qatılmış su ilə ağız boşluğunu yaxaladıqda ağız qoxusu aradan qalxır, diş dibi iltihabları sağalır. Bunun üçün sirkə qatılmış su ilə ağız 10 saniyə qarqara edilir. Bu vasitə ilə dişlərdə olan sarı ləkələr təmizlənir və dişlər ağarır.
 
Bundan əlavə, alma sirkəsi qatılmış su içmək bağırsaq bakteriyalarını da öldürür. Bağırsaqlarda olan göbələkləri təmizləməklə saçlarda və dırnaqlarda olan göbələk xəstəliklərinin kökünü kəsir. Bunun baş verməsi üçün 1-2 ay müddətində hər gün acqarına 1 çay qaşığı alma sirkəsi qatılmış su içmək lazımdır.

Sirkəsi qatılmış su qəbul etmək qanda şəkərin miqdarının da normallaşmasına səbəb olur.

Artıq piylərdən tez bir zamanda xilas olmaq üçün alma sirkəsi qarışdırılmı isti su içməklə  olur. Bu məqsədlə hər səhər acqarına 1 stəkan isti suya 1 çay qaşığı alma sirkəsi tökülüb içilir. Tez bir zamanda arıqlamaq istədikdə gün ərzində bir neçə dəfə bu qarışımdam içməklə artıq çəkidən azad olmaq olur.


Alma sirkəsini ev şəraitində hazırlamaq olar. Bunun üçün 1 kq alma (qabıqlı) sürtgəcdən keçirilir, üzərinə 1 l qaynanmış ilıq su tökülür, 40 qr ovumuş qara çörək, 10 qr maya və 1/2 stəkan şəkər tozu əlavə olunur və qarışdırılır. Qarışığı 10 gün ərzində otaq temperaturunda saxlayın, gündə 2 dəfə qarışdırın. Sonra yaxşı süzün və butulkalara tökün. Daha 1 həftə saxlayın və sonra müalicə üçün istifadə edin.

Hər gün 1 stəkan ilıq suya 1 x.q. alma sirkəsi və 1 ç.q. bal əlavə edin, qarışdırın və için. (medicina.az)
Tarix: 16-11-2019, 10:33
Xəbəri paylaş





Xəbər lenti