“Delta” bitməmiş “Lambda” ştammı da gəldi






Bağırsaqlarda pozğunluqla başlayır 

“COVİD-19”un yeni ştamları üzə çıxmaqdadı. Dünya “Delta” ştammı ilə hələ baş etməmiş, indi də “Lambda” ştammından söz açılır. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, “Lambda” “Delta” kimi sürətlə yayılan ştamm olaraq meydana çıxıb. Və “Delta” qədər təhlükəli hesab edilir. Çili Universitetində aparılan tədqiqata görə, mütəxəssislər C.37 şifrəsi ilə qeydə alınan “Lambda” variantının “Alfa” və “Gama” variantlarından daha sürətlə yayılma qabiliyyətinə malik olduğunu düşünürlər.

“Lambda” variantının əlamətləri nədir? Mütəxəssislər hesab edir ki, “Lambda” variantı da koronavirusun əslindən fərqli əlamətlərlə özünü göstərmir. Əlamətlər aşağı-yuxarı, demək olar, eynidir. Fərq, yalnız bağırsaqlarda yaranan pozğunluqdur. Yəni, “Lambda” variantı özünü daha çox bağırsaq fəaliyyətinin pozulmasında göstərir. Koronavirusun “Lambda” variantı ilk dəfə Latın Amerikasında ortaya çıxıb. Beynəlxalq aviareyslərlə səyahət edənlər “hesabı”na Avropaya yayılıb. 

Nəticədə Avstriya “Lambda” ştammına yoluxmanın qeydə alındığı ölkələr sırasına daxil olub. Perudan Avstriyaya gələn şəxsdə koronavirusun bu yeni növü aşkarlanıb.

ABŞ-ın Arkanzas ştatında da “Lambda” variantına 10 yoluxma faktı qeydə alınıb. Həmçinin Yaponiyada təsbit edilib. Yeni ştammın Yaponiyaya “ayaq açması”nı 2020 Tokio Yay Olimpiadasıyla əlaqələndirirlər. Yaponiya hökuməti “Lambda” variantını ”insanlıq üçün təhlükə ehtimalı aşıyan variantlar” siyahısına daxil edib.

ÜST isə bu variantı “müşahidə altında saxlanmalı olan” siyahısına aid edir və onu təhlükəli hesab edir. Hazırda “Lambda” ştammı dünyanın 41 ölkəsində qeydə alınıb. 
Tarix: 25-08-2021, 08:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}