“Sahil Babayev II qrup gözdən əlil oğlumun pensiyasını kəsdi” - AXI NİYƏ?
Samux rayonu, Alabaşlı kənd sakini Heydərov Bayram Müslüm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Vətəndaş II qrup gözdən əlil oğlu Heydərov Rauf Bayram oğlunun əlilliyə görə aldığı əmək pensiyasının Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi tərəfindən dayandırılıdığını iddia edir.
“Mən, Heydərərov Bayram Müslüm oğlu, yazaraq nəzərinizə çatdırıram ki, II qrup gözdən əlil oğlum Heydərov Rauf Bayram oğlu 1995-ci ildə hərbi xidmətə çağırılıb. Xidmət zamanı baxımsızlıqdan xəstələnib. Ona görə, 1998-ci ildə hərbi xidmətdən azad olub. Vətənin təhlükəsizliyini təmin edəndən sonra əsəbdən kəllə-beyin travması alıb.
2007-ci ildə həmin xəstəliklə bağlı övladım Heydərov Rauf Bayram oğlu II qrup əlillik dərəcəsi verilərək, pensiya ilə təmin edilib. 2016-cı ilin 21 avqust tarixinə qədər hər il Tibbi-Sosial Ekspert Komissiyasında yoxlanışdan keçib. Ancaq 2021-ci ildə yenidən gələndə dedilər ki, Sahil Babayev tərəfindən təqaüdə görə imtina verilib. Sənədlərin surətini həmin nazirə göndərdim. O izah etdi ki, internetə görə anlaşılmazlıq olduğundan imtina ediləcəyi açıqlanıb. Bir sözlə, Sahil Babayev II qrup gözdən əlil oğlumun pensiyasını kəsdi.
Həmin sənədin surətini Mehriban Əliyevaya da göndərdim. Onun əvəzinə Süleyman İsmayılov “bizlik deyil” deyə cavabladı. Mən Mehriban xanımla danışmaq istəyirəm, Süleyman İsmayılov kimdir?
Nəvəm Heydərov Həsən Rauf oğlu 15 yaşındadır. Biz onu böyüdəndə dövlət tərəfindən heç bir maddi kömək olmayıb. Neçə ildən sonra hərbi xidmətə çağıracaqlar. Hansı haqla? Bu uşaq hansı səhədi qoruyacaq?”