Mehriban Əliyeva Azərbaycana rəhbərlik edə bilərmi?
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “Vesti nedeli” verilişinə müsahibə verib.Missiyya.Az xəbər verir ki, rusiyalı jurnalistin yeni təyinata dair suallarına maraqlı və ətraflı cavab verən birinici-vitse prezident “Gələcəkdə Azərbaycana rəhbərlik etmək bardə də düşünmüsünümzü” sualını da cavabsız qoymayıb. M.Əliyeva bildirib ki, o hazırda bu barədə düşünmür: “Əlbəttə mən Azərbaycanın və Azərbaycan xalqının maraqlarını müdafiə edəcəm. Bu da elə Azəbaycan xalqı üçün xeyirxah işdir. Gələcəkdə nə olacaq, bu barədə indi tapmaca tapmaq səmərəsiz məşğuliyyətdir".
Qeyd edək ki, Azərbaycanın birinci vitse-prezidenti fəaliyyətini sosial məsələlərin həllinə yönəldəcəyini bildirib.
İslam
Tarix: 27-02-2017, 10:16