Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
“Vahid Məhkəmə Portalı”ndan belə görünür ki, “Unibank” əsas fəaliyyətini məhkəmə binalarında həyata keçirir...Poliqon xəbər verir ki, ölkə məhkəmələrində müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı iddialara baxarsaq, “Unibank”ın problemli kreditləri heç azalmır, əksinə artır.
Belə ki, bu gün 33 müştərisi ilə bağlı məhkəmə qapılarını döyən “Unibank” dünən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı 90 şütərisini məhkəməyə verib.
Başa vurmaqda olduğumuz bu həftə ərzində “Unibank” tam olaraq472 müştərisini məhkəməyə verib ki, bu da digər banklarla müqayisədə dəfələrlə çoxdur. Bu ayın 3 həftəsində isə “Unibank” 1424 problemli kreditlə bağlı məhkəmələrə müraciət edib. Ümumilikdə isə “Unibank”ın hazırda 3854 problemli kreditlə bağlı müraciətinə məhkəmələrdə baxılır.
“Vahid Məhkəmə Portalı”ndan belə görünür ki, ötən ay “Unibank” 2404 problemli kreditlə bağlı ölkə məhkəmələrinə müraciət edib. Ümumilikkdə ötən ay problemli kreditlərlə bağlı “Unibank”ın 3815 məhkəmə işi olub. Müqayisə edərək deyə bilərik ki, bu ay “Unibank”ın məhkəmələrə müraciətinin sayı artıb. Sentyabr ayında isə “Unibank Kommersiya Bankı” ASC-nin problemli kreditlərlə bağlı 3906 məhkəmə prosesi olub.
Poliqon-nun əldə etdiyi məlumatlara görə isə “Unibank”da problemli kreditlərlə bağlı risklər hər gün daha da böyüyür. Son altı ayda “Unibank” problemli kreditlərlə bağlı məhkəmlərələ bağlı müraciətlərlə bağlı rekord statistikaya imza atmaqdadır və ölkə miqyasında məhkəmə işləri digər banklarla müqayisədə 4-5 dəfə çoxdur.
Qeyd edək ki, “Unibank” yaşanan bu məhkəmə “bum”u ilə bağlı Poliqon banka müraciət edib. Bankdan isə bildiriblər ki, müvafiq şöbə sorğumuzu cavablandıracaq. Bir müddət keçdikdən sonra sorğjumuza cavab almaq üçün dəfələrlə cəhd eləsək də, sorğumuz cavabsız qalıb.
Xatırladaq ki, “Unibank Kommersiya Bankı” ASC-nin İdarə Heyətinin Sədri Fərid Abuşovdur. Fərid Abuşov “Unibank”dan əvvəl “Dəmirbank”a rəhbərlik edib.
“Unibank Kommersiya Bankı” ASC-nin Müşahidə Şurasının sədri isə Eldar Qəribovdur.
Bütün hallarda “Unibank”ın maliyyə vəziyyəti ilə bağlı bankın mövqeyini dərc etməyə hazırıq.
Tarix: Dünən, 21:55