Qarabağa qanunsuz gedən türkiyəli: Qorxuruq...

Qarabağa qanunsuz gedən türkiyəli: Qorxuruq... Mən və nümayəndə heyətinin digər üzvləri Bakı tərəfindən qəbul edilən tədbirlər nəticəsində digər ölkələrə səfər etməkdən qorxuruq.

Axar.az xəbər verir ki, bunu türkiyəli fəal Ufuk Uras söyləyib. O, qanunsuz bir şey etmədiyini bildirib:


“Ankara vətəndaşlarının dəstəklənməsi üçün daha aydın açıqlama verməlidir. Ancaq Türkiyə Xarici İşlər Nazirliyi bu vəziyyətə gözlərini yummaq qərarına gəldi. Türkiyənin Bakıdakı səfirinin bu məsələylə bağlı daha dəqiq mövqeyini bildirməyini istəyirəm”.

Qeyd edək ki, Qeyd edək ki, Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılıb. 22 sentyabr tarixində Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz səfər ediblər.

28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.

Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.
Tarix: 6-10-2017, 16:53
Xəbəri paylaş





Xəbər lenti