Mikayıl Cabbarovun istefası tələb olunur - BU SƏHVİN ARXASINDA ERMƏNİLƏRƏ İŞLƏYƏN CASUS DAYANIR

Mikayıl Cabbarovun istefası tələb olunur - BU SƏHVİN ARXASINDA ERMƏNİLƏRƏ İŞLƏYƏN CASUS DAYANIR “Yoxlanılsa, görərik ki, bu təxribatın arxasında ermənilərə işləyən casus, ya da ki, düşməndən rüşvət alanlar dayanır. Bu cür səhvi ermənilərin özləridə etməzlər”.

Siam.az xəbər verir ki, bunu unikal.org-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu . “Всеобщая история” (“Ümumi tarix”) dərsliyində “Böyük Ermənistan” xəritəssinin çapına münasibət bildirərkən deyib. Cəlaloğlu deyir ki, bu təhsil sistemində ilk nöqsan deyil!: “Deyək ki, bu təsadüfdir. Burda görünən odur ki, Təhsil Nazirliyində dövlətin əleyhinə işləyən, Azərbaycan xalqının mənafeylərinə zidd mövqey tutan insanlar var. Onlar zaman-zaman dəftərlər, kitablar və başqa atributlar vasitəsilə özlərinin siyasətini həyata keçirirlər”.

Cənab Cəlaloğlu da hesab edir ki, Mikayıl Cabbarov sözügedən hadisə ilə bağlı özü istefa verməlidir:
Mikayıl Cabbarovun istefası tələb olunur - BU SƏHVİN ARXASINDA ERMƏNİLƏRƏ İŞLƏYƏN CASUS DAYANIR
“Çünki Cabbarovun rəhbərlik etdiyi sahədə dövlətin əleyhinə olan çox ciddi səhvə yol verilib. Bu hallar ağır nəticələrə gətirib çıxaran hadisə olduğuna görə istefa verməlidir. Dövlət başçısı bütün dünyada Dağlıq Qarabağın tarixi faktlarla Azərbaycan ərazisi olduğunu deyir və bu istiqamətdə təbliğatını aparır. Amma İlham Əliyevin apardığı siyasəti ölkəmizdə tamamilə ifşa edən belə bir “səhv” baş verir. Təhsil Nazirliyi bu dərslikləri məktəblərdən yığışdırmaqla deyil ki? Düşmən mətbuatı bu səhvdən çox ciddi şəkildə istifadə edir. Bildirirlər ki, “doğurdan” da Azərbaycanda Dağlıq Qarabağın tarixən ermənistan ərazisi kimi tanıyan kitab çap olunub və bundan geniş şəkildə istifadə edirlər. Bu kitabdan beynəlxalq qurumlarda, danışıqlarda istifadə edəcəklər. Görün ki, Mikayıl Cabbarov nə dərəcə rütbəsin sevir ki, dövlətçiliyə çox ciddi zərbə vuran hadisə ilə bağlı özü haqqında heç bir tədbir görmür? Biri səhv edən kimi işdən çıxarırsan. Xeyr ola dövlətimizə ciddi zərbə vuran səhvivə görə, özün barəndə heç bir tədbir görmürsən? Fikrimcə, Mikayıl Cabbarov ən azından özü-özünü cəzalandırmalıdır”.
Mövzu ilə bağlı Unikal.org-a açıqlama verən təhsil üzrə ekspert, şərqşünas-elmi işçi, "Tarix Araşdırmaları Qurumu” İctimai Birliyinin idarə heyətinin üzvü Vüsal Hətəmov deyib ki, buraxılan bir çox dərsliklərdə, xüsusilə də tarix dərsliklərində vəziyyət ürəkaçan deyil:
Mikayıl Cabbarovun istefası tələb olunur - BU SƏHVİN ARXASINDA ERMƏNİLƏRƏ İŞLƏYƏN CASUS DAYANIR
"Ermənilər üçün tarixi şans qazandırdıq. Əllərində əsas tutacaqlar ki, sizin tarixçilər tarixi Erməni imperiyasını qəbul edir. Halbuki tarixdə 20-ci əsrin əvvəllərinə qədər nə "Ermənistan” adlı dövlət olub, nə də ki, "Armeniya” adlı imperiya olub. Ərəb mənbələrində "Ərməniyyə” adlı nahiyənin adı çəkilir. Tarixdə eermənilər haqda yazılar var, amma bu heç də onların dövlətçilik tarixindən xəbər vermir. Tarixdə o qədər xalqlar olub ki, indiyə qədər də hələ dövlət qura bilməyiblər. Təəssüf..! Düşünmək olardı ki, başda Təhsil naziri Mikayıl Cabbarov olmaqla, nazirliyin bütün məsul işçiləri istefaya gedəcək. Lakin, görünür, bu mövzuda məsələ Mikayıl Cabbarov üçün prinsipial məsələ deyil. İctimai qınaq, ekspert tənqidləri, media hərəkətliliyi yetərincə olsa da, heç bir hüquqi məsuliyyətin şahidi olmadıq. Ümumiyyətlə, onu da qeyd edim ki, tarix dərsliklərində vəziyyət xüsusilə ürəkaçan deyil. Məsələn, 5-ci sininf dərsliklərində Azərbayacanın tarixi şəxsiyyətlərindən olan Tomrisin düşmən başını necə qan içində üzdürməsindən söhbət gedir. Sonra deyirik ki, uşaqlarımız niyə gedib Suriyada başkəsən İŞİD-çi olur. Düşünürəm ki, dərsliklərlə bağlı müvafiq ixtisaslarda ziyalı ictimai təşəbbüsdən istifadə etmək olar”.

Siam.az

Tarix: 12-10-2017, 14:57
Xəbəri paylaş





Xəbər lenti