Yuliya Timoşenko Ukrayna prezidenti postuna namizədliyini irəli sürmək niyyətindədir
“Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko Ukrayanda 2019-cu ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
APA-nın xəbərinə görə, bu barədə “NewsOne” telekanalı məlumat verib.“Namizədliyimi irəli sürəcəyəm. Biz ölkəni ayağa qaldırmaq üçün qalib gələcəyik”, deyə Y.Timoşenko bildirib.
O həmçinin hazırkı dövlət başçısı Petro Poroşenkonu korrupsiyada ittiham edib.
Qeyd edək ki, 56 yaşlı Y.Timoşenko 2005-ci və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub.
Tarix: 14-10-2017, 07:58